Peyğəmbərimizə (s.ə.v) və Onun Ali Əshabına salat və salam olsun!
Peyğəmbərimiz (s.ə.v) Qurani-Kərim’in həm mücərrəd, həm də canlı halıdır. Onu Aləmin, İslamın və Qurani-Kərim’in mahiyyəti adlandırırlar. O, bütün zahir və batin hökmlərin, elmlərin mənbəyidir. Ona görə də bütün məzhəb və məşrəblər Ona yönələrək meydana çıxıblar.
Peyğəmbərimiz (s.ə.v) Vida Həccində buyurdu:
“Sizə iki əmanət qoyuram. Biri Allah’ın Kitabı Quran, digəri soyumdan olan Əhli-Beytimdir. Onlara sarıldığınız müddətcə hidayətdəsiniz.”
Hər məzhəb və məşrəbin mərkəzi Əhli-Beyt’dir. Hər kəsin onlara dönməsi qaçınılmazdır. Əhli-Beyt Qurani-Kərim’də Cənabi-Haqq’ın doğru, təmiz və sevilməsi şərt olaraq buyurduğu Peyğəmbər Ailəsidir.
Qurani-Kərim’də Əhli-Beyt barədə olan bəzi ayələr:
- Təthir ayəsi – “Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!» (Əhzab 33)
- Məvəddət ayəsi – (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beyt’ə sevgidən) başqa bir şey istəmirəm” (Şura 23).
İmam Şafi (ə.s) Əhli-Beyt’i sevməyin fərz olduğunu vurğulayıb.
- Mübahələ ayəsi – «(İsanın Allah’ın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsa’nın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allah’a) dua edib yalançılara Allah’ın lənət etməsini diləyək!” (Ali İmran 61).
- Əbrar ayələri (İnsan 5-21) – “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər” (İnsan 8).
Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh. 3