“Bəraət” Qəndili.

Şaban ayının 15-ci gecəsi “Bəraət” gecəsidir.

Bu gecə rəhmət, məğfirət və əfvə nail olmanın əhəmiyyətli bir fürsət anı, Mübarək Bəraət Gecəsidir. Bəraət qəndilinizi təbrik edir, Uca Allahdan bu gecənin xeyirlər gətirməsini diləyirik.
Bəraət qəndili, öz ulu mahiyyətini Qurani Kərimin Lövhü – Məhfuzdan dünya səmasına cəm halında endirilməyindən alaraq bəraət etmək, qurtuluş, bağışlama, əfv və bağışlanmağa qovuşma kimi mənalar kəsb edir.
Şaban ayının 15-ci gecəsinə “Bəraət” deyilməsinin iki hikməti vardır:
Bu gecə şakilərə, tövbə etdikləri təqdirdə Cənabi- Haqq tərəfindən qurtuluş fərmanı verilər. Yenə bu gecə, Allahın vəli qullarına ziyana uğramaqdan xilas olmaq bəraəti lütf edilər.
Mübarək Bəraət Qəndilində insanlıq aləmi və müsəlmanlar üçün isə iki əhəmiyyətli mesaj verilməkdədir:
Bunlardan biri: tövhid, istiqamət, birlik, hidayət, ədalət, dinclik və bərəkətin ancaq Qurani- Kərim və aləmlərə rəhmət Hz. Muhamməd (s.ə.v) ilə mümkün olmasıdır.
Digəri də insanların əbədi qurtuluşu və bağışlanması üçün bu gecənin çox əhəmiyyətli bir fürsət olduğudur.
Yaxşı bilinməlidir ki, hidayət və qurtuluş ancaq Qurani- Kərimə və Hz. Muhammədə (s.ə.v) tabe olmaqla mümkündür.
Bəraət gecəsi bu iki böyük mesajı idrak edərək daxili sorğulama ilə Uca Allahın əfv və səadət qapısını döymə zamanıdır. Bu daxili sorğulama və oyanma, şübhəsiz ictimai sahədə də sülh və qardaşlığın təminatına vəsilə olacaqdır.
Bu gün ən çox möhtac olduğumuz məsələ doğru istiqamət, gözəl əxlaq və buna bağlı birlik, bərabərlik və qardaşlıq həmrəyliyinin təsis edilməsidir.
Şübhəsiz bu millət qardaşdır, birdir və bərabərdir. Bu bərabərliyin qorunması, Dövlətin davamlılığı üçün şərtdir.
Bu gün və bu gecə, birlik və bütövlüyümüzü pozacaq hər cür fitnəyə qapıları bağlama günüdür.
İdrak edəcəyimiz Bəraət Qəndili kimi mübarək gecələrimiz, mədəniyyət və birliyimizin mayası olan İslam dininin bizə hədiyyəsidir. Bu daxili sorğulama, tövbə, feyz və məhəbbət gecələri, müsəlmanın müsəlman qardaşı ilə olan haqq-hüququnu xatırladan qiymətli zamanlardır. Bu gecə birlik, bərabərlik, sülh və əmin-amanlıq üçün səmimiyyətlə duaya qalxan əlləri, əlbəttə ki Cənabi- Haqq boş çevirməyəcəkdir.
Qəndillər və bayramlar, mübarək gün və gecələr bu bərabərliyi, həmrəyliyi təmin edən fürsət anları olduğu üçün millətimizin həyatında çox əhəmiyyətli yer tutur. Bizi böyük millət edən sirr də məhz bundadır.
Əsla unutmayaq ki, dini bütövlüyümüz milli bütövlüyümüzdür.
Bu duyğularla rəhmət ayı olan Ramazanı müjdələyən mübarək Bəraət qəndilinizi təbrik edir, millətimizə və İslam aləminə xeyirlər, bütün insanlığa da hidayət və sülh gətirməsini Cənabı Haqqdan niyaz edirik.