İmam Həsən Əskərinin (ə.s.) şəhadəti

 

Abbasi xəlifəsi Mutəməd, İmam Əskərinin xalq içindəki mənəvi nüfuzundan, həddindən artıq sevilməsindən davamlı narahatlıq duymaqdaydı. Bu narahatlıq səbəbiylə İmamı təzyiq altında tutması, həbsə atması həmişə əksinə təsir yaratmaqda idi. Sonunda Mutəməd, İmam Əskərini zəhərlətdi.

Məhəmməd b. Cərir b. Rüstəm, Hicri 4-cü əsrin tanınmış bilginlərindəndir. O, İmam Həsən Əskərinin zəhərlənmək surətiylə şəhid olduğunu yazmaqdadır.

İmam Əskəri, vəfat etdiyi günlərdə xəlifə Mutəməd, İmamın ölümünü təbii göstərmək üçün böyük səy sərf etməkdə idi. İbn Səbbağ Maliki, Ubəydullah b. Xaqanın belə dediyini yazır:

“Əbu Məhəmməd Həsən b. Əli əl-Əskəri vəfat etdiyi zaman, Abbasi xəlifəsi xüsusi bir hal almışdı, ki, biz buna çox çaşmış və onun belə bir hal göstərəcəyini düşünməmişdik. İmam Əskəri acı çəkməyə başlayınca xəlifənin yaxın adamlarından hamısı, saray fəqihlərindən olan beş adam İmamın evinə getdilər. Mutəməd, bu adamlara Əbu Muhammədin evində qalmalarını və dəyişikliklərdən xəlifəni xəbərdar etmələrini əmr etmişdi.

Yenə bir neçə adamı nəzarətçi olaraq İmamın evinə göndərdi. Eyni şəkildə Gazl b. Bəxtiyara ən etibarlı kəslərdən on adam seçib İmamın evində saxlamasını, hər axşam-səhər vəziyyətini görüb nəzarət etmələrini əmr etmişdi.

İki və ya üç gün sonra İmamın ağırlaşdığını və xilas olmasının çətin olduğunu xəlifəyə bildirdilər…

Xəlifə gecə-gündüz evdə olmalarını, vəziyyəti idarə etmələrini əmr etdi. Onlar da davamlı olaraq İmamın evini idarə altında tuturdular. Ta ki bir neçə gün sonra İmam vəfat edənə qədər.

İmamın ölüm xəbəri yayılınca Samarra yerindən oynadı. Hər tərəfdən ağılar, fəryadlar yüksəldi. Alış-veriş dayandırıldı.

Haşimoğulları, divan üzvləri, ordu komandirləri, şəhər qazıları, şairlər, elm adamları, fəqihlər, ədliyyə mənsubları, şahidlər və digər bütün xalq cənazə mərasiminə qatılmaq üçün hərəkətə keçdi. O gün Samarra sanki qiyamət gününü xatırladırdı.

Cənazə dəfn edilmək üzrə hazırlanınca xəlifə, öz qardaşı İsa b. Mütəvəkkili, İmamın cənazəsinə namaz qılması üçün göndərdi. Cənazə namazı qılınsın deyə yerə qoyulduğunda İsa yaxınlaşıb İmamın üzünü açdı. Əlioğullarına, Abbasilərə, qazılara, yazarlara və şahidlərə göstərərək, “Bu Əbu Muhamməd Əskəridir, təbii ölümlə vəfat etmişdir. Xəlifənin filan və filan xidmətçiləri də buna şahid olmuşlar!” dedi.

Sonra cənazənin üzünü bağlayıb namazını qıldı və dəfn əmrini verdi.

Bu mərasimin bir protokol gərəyi, şübhələri aradan qaldırmaq üçün olduğunu söyləyən tarixçilər vardır. Daha sonra Hz. Mehdinin (ə.s.), atasının cənazəsinə xüsusi olaraq namaz qıldığı da bilinməkdədir.

 

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: İMAM HASAN EL-ASKERÎ VE İMAM MEHDÎ, Prof. Dr. Haydar BAŞ