İmam Zeynəlabidin (ə.s.) şəhadəti

 

İmam Səccad (ə.s.) Hicri 95-ci (bəzi mənbələrdə 94) ildə Məhərrəm ayının 25-ci günü şəhid edilmişdir. Şəhadətlə şərəfləndirildikdə 57 yaşında idi.

Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik onu Hişam b. Əbdülməlikin əli ilə zəhərlətdirmişdir.

Zühri, Vəlidin, İmam Zeynalabidin (ə.s.) barəsində belə dediyini qeyd etməkdədir:

“Əli b. Hüseyn (ə.s.) bu dünyada var olduqca mənə rahatlıq yoxdur.”

Həyatı əziyyət, məşəqqət, acı, ağrı ilə yoğurulmuş olan İmam (ə.s.), tarixdə tayı-bərabəri çətin rast gəlinən bir səbir və müqavimət göstərərək haqq mübarizəsini tamamlamış və şəhadətə çatmışdır.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: Prof. Dr. Haydar Baş, “İMAM ZEYNELÂBİDİN ES-SECCAD”