Rəcəbin 26-dan 27-nə keçən gecə idrak edəcəyimiz Merac Qəndili, Peyğəmbərimizin (s.ə.v) səmaya yüksəldildiyi və Rəbbiylə görüşdüyü bir gecədir.

Bu gecə idrak edəcəyimiz Merac Qəndili, Peyğəmbərimizin (s.ə.v) səmaya yüksəldildiyi və Rəbbiylə görüşdüyü bir gecədir.
Merac, kəlmə olaraq “yüksəyə çıxma vasitəsi”, İsra isə “gecə yolçuluğu” mənasını daşıyır.
Peyğəmbərimiz (s.ə.v) Hicrətdən il yarım əvvəl bir gecə Kəbənin Hətim deyilən qismində, bir rəvayətə görə isə Ümmü Haninin evində yatarkən Hz. Cəbrayıl gələrək, ona Merac müjdəsini verir. Rəsulullah (s.ə.v), Burak adlı minik vasitəsində Məscidi –Əqsaya gətirilir. Bu hadisəyə İsra (gecə gəzintisi) adı verilir.
Fəxri –Kainat Əfəndimiz (s.ə.v) burada bütün Peyğəmbərlərə və mələklərə imam olaraq iki rükət namaz qıldırır.
Peyğəmbərimiz (s.ə.v) Hz. Cəbrayıl ilə yeddi qat göyü keçmiş və nəhayət önündə Sidrəyi Müntəha sahəsi açılmışdır.
Maddə aləminə nöqtə qoyulduğu, mənanın isə məkan qazandığı bir bölgə olan Sidrəyi Müntəha, Zatı- Bari ilə Hz. Muhamməd (s.ə.v) arasında bir pərdədir.
Sidrə elə bir nöqtədir ki, Cəbrayıl (ə.s) “Mən buradan o yana keçsəm yanaram” deyərək dayanmışdır.
Peyğəmbərimizin (s.ə.v) bu nöqtədən irəliyə yolçuluğu Rəf–Rəf vasitəsilə olmuşdur ki, zaman və məkan qabığını dəlib keçən sirr də məhz Rəf –Rəf´də gizlənmişdir.
Sidrəyi Müntəhada Peyğəmbərimizə (s.ə.v) bir çox sirli pərdələr açılmış və O, bir çox həqiqəti müşahidə etmişdir.
Uca Allah, Muhammədinin o dəmdəki halını insanlığa belə müjdələmişdir:
“(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Muhammədə) vəhy buyurduğunu vəhy etdi. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhamməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı). Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz? And olsun ki, (Muhamməd əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü). And olsun ki, (Peyğəmbər) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən (möcüzələrindən) bir qismini (Beytül-məmuru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəf-Rəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.” (Nəcm surəsi, 53/9-18).
Meracda Peyğəmbərimizə (s.ə.v)
1) Bəqərə surəsinin son ayələri verildi;
2) Muhamməd (s.ə.v) ümmətindən Allaha şirk qoşmayanların əfv ediləcəyi müjdələndi;
3) Hər gün beş vaxt namaz əmr edildi.
Merac hadisəsi, insanlıq üçün böyük bir möcüzədir. Bunda təəccüblü bir şey yoxdur. Çünki Allah zamanın zamanı, məkanın da məkanıdır. Zamandan və məkandan münəzzəh (uzaq) olub hər an və hər yerdə hazır-nazirdir.
Bu gecə, Merac hadisəsinin vaqe olduğu mübarək bir gecədir.
Bu gecə, feyz və bərəkətin bol-bol endiyi bir gecə olub, edilən ibadətlər və dualar geri çevrilməz.