Min aydan xeyirli olan gecə – Qədir gecəsi

Qədr gecəsi Ramazan ayının son on günü içərisində gizlidir.
Allah Təala, Bəqərə surəsinin 185-ci ayəsində, ” İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. …” buyurur.
Qurani Kərimin Lövhi-Məhfuzdan dünya səmasına enməyə başladığı gecə, Ramazan ayı içərisindəki Qədr Gecəsidir. Cəbrail (ə.s), Peyğəmbərimizə (s.ə.v.) ilk vəhyi bu gecə gətirmişdir. Ələq surəsinin “İkra! Oxu! “Əmri ilə başlayan ilk beş ayəsi bu gecədə nazil olmuşdur.
Uca Kitabımız Qurani Kərimin enməyə başladığı Qədr Gecəsinin Ramazan ayının hansı gününə təsadüf etdiyi dəqiq bilinməsə də, bu ayın son on günü içərisində gizlidir.
Min aydan xeyirli olduğu ayə ilə bəyan edilən bu gecə insan ömrü hesab edildikdə 83 ilə bərabər olur. Bir gecədə əldə ediləcək savab bir ömür boyu edilən ibadətlərin savabına bərabər olacaq…
Qədr Gecəsi çox mübarək bir gecədir.
Hz. Peyğəmbər, bu gecədə ediləcək ibadətlə əlaqədar belə buyurmuşdur:
“Hər kim imanından ötəri və savabını yalnız Allah Təaladan ümid edərək Qədr Gecəsini əhya edərsə keçmiş günahları bağışlanar.”
Hz. Peyğəmbərin (s.ə.v) Ramazan ayının son on günündə ibadətə xüsusilə diqqət etdiyi və Əhli-Beytini də buna sövq etdiyi bilinməkdədir.
Bu mübarək gecədə, Allah Təaladan əfv diləməliyik. Biz quluq, buna görə də, bilərək və ya bilməyərək səhvlər etməkdəyik. “Ya Rəbbi, işlədiyim günahlardan ötəri məni bağışla!” Deyə istiğfar etməliyik.
Hz. Peyğəmbər (s.ə.v), “Mən gündə yetmiş dəfə istiğfar edirəm. Ey səhabəm, siz də istiğfar edin” buyurur.
Peyğəmbərimiz bu gecədə, “Allahım! Sən bağışlayansan, bağışlamağı sevirsən, məni də bağışla” deyə dua buyurmuşdur. (Tirmizi, Kitabü’d-Dəavat, 85)
Allah Təalanın “Biz onu Qədr gecəsində nazil etdik” buyurduğu Qurani Kərimi bu gecə çox oxuyaq.
Ayədə “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)” (Əhzab, 56) buyurulur. Allahın salavat gətirəcək qədər qiymət verdiyi Rəsulullah (s.ə.v) Əfəndimizə biz də Qədr gecəsində çox salavat gətirməliyik.
Bu gecə Allahı çox anmamız lazım olan bir gecədi.
Kəlimeyi Tövhid ilə Allahın gözəl adları ilə Onu zikr edək. Duaların geri çevrilmədiyi bu gecədə, dan yeri ağarana qədər dua edək.
Allah Təala, Qədr Gecəsinin fəzilətindən istifadə etməyi nəsib etsin və onu hamımıza mübarək qılsın!
Prof. Dr. Haydar Baş