Nəfsinə qalib gəl

Nəfsinə qalib gəl

Rəsulullah (s.ə.v) buyurdu: “Ən üstün cihad, bir insanın heç kimə zülm etməmək məqsədilə gününə başlamasıdır”
(əl-Məhasin, 1/456/1053).

İmam Hüseyn (ə.s) buyurdu: “Cihad dörd cürdür: İki cihad fərz; üçüncüsü yalnız fərzə söykənən sünnət cihad, dördüncü növ cihad isə (sadəcə) sünnət olan cihaddır. İki fərz cihaddan biri insanın nəfsi ilə etdiyi cihaddır” (Töhəful-Uqul, 243).

Nəfs ilə cihad məsələsində Rəsulullah (s.ə.v): “Mücahid kimsə, Allah üçün nəfsi ilə cihad edən kəsdir” – deyə buyurdu (Kənzul – Ümmal, 11261).

İmam Əli (ə.s) belə buyurdu: “Nəfslə cihad cənnətin mehridir” (Qurərul- Hikəm, 4755).

Yenə İmam Əli (ə.s) buyurdu: “Şəhvətlər qarşısında nəfsini rədd et və şübhəli hallarda Allahın Kitabına görə nəfsini tut” (5406).

İmam Kazım (ə.s) isə: “Nəfsini istəklərindən çəkindirmək üçün onunla cihad et. Şübhəsiz, nəfsinlə cihad etmək də düşmənlə cihad etmək kimi sənə fərzdir” – deyə buyurdu (Töhəful-Uqul, 399).

Böyük cihad mövzusunda İmam Əli (ə.s) belə demişdir: “Rəsulullah (s.ə.v) bir səriyyə (qoşun) göndərdi, onlar geri dönərkən isə belə buyurdu: “Kiçik cihadı bitirən, lakin böyük cihadı hələ də qalan camaata salam olsun!” Rəsulullahdan (s.ə.v): “Ya Rəsulallah! Böyük cihad nədir?” – deyə soruşanda O belə cavab verdi: “Nəfslə cihaddır. Ən üstün cihad, iki tərəfi arasındakı nəfsi ilə cihad edən kimsənin cihadıdır” (Məanil – Əxbar, 160/1).

İmam Baqir (ə.s) buyurdu: “Cihad kimi bir fəzilət və nəfsi istəklərlə cihad kimi bir cihad yoxdur” (Töhəful-Uqul, 286).

Nəfslə cihad metodu haqqında İmam Əlinin (ə.s) hikmətli sözlərindən bəziləri belədir:

“Allaha itaət yolunda düşmənlə döyüşən şəxs kimi nəfsinlə cihad et. Düşmənin düşmənə qalib gəldiyi kimi nəfsinə qalib gəl. Həqiqətən, insanların ən güclüsü nəfsinə qarşı güclü olandır” (Qurərul- Hikəm, 4761).

“Daim cihad etməklə nəfslərinizə sahib olun” (səh. 2489).

“Şəhvətinlə cihad et, qəzəbinə qalib gəl, pis adətlərinə qarşı çıx, nəfsini rəzalət sifətlərindən uzaqlaşdır, ağlını kamala çatdır və Rəbbinin mükafatından tam olaraq nəsiblən” (Qurərul- Hikəm, 4760).

“Nəfslə mübarizə və onun istəkləri ilə cihad etmək, dərəcələri yüksəldər və yaxşılıqları iki dəfə artırar” (səh 5407).

“Nəfsin qurtuluşu (düzəlməsi) cihaddadır” (Məhəmmədi səh. 4319). (Məhəmməd Reyşəhri, Şirazi, Mizanul–hikmət).