Onlar, Allaha yaxınlaşma vəsiləsidir

Rəsulullah (s.a.a.) belə buyurmuşdur: “İmamlar, Hüseynin nəsilindəndir. Hər kim onlara itaət etsə, Allaha itaət etmişdir. Hər kim onlara üsyan etsə Allaha üsyan etmişdir. Möhkəm qulp onlardır, Allaha yaxınlaşmanın vəsiləsi də onlardır”.

İmam Əli (ə.s.), Allahu-Təalanın “Ona yaxınlaşmaq üçün vəsilə arayın” ayəsi haqqında belə buyurmuşdur:”Mən Onun vəsiləsiyəm.” (Təfsir-i əl-Mizan, 5/333).

İnsanlardan şəfaətə ən layiq olan kimsə haqqında Rəsulullah (s.a.a.) belə buyurmuşdur: “Şübhəsiz sabah qiyamət günü mənə ən yaxın olanınız və şəfaətimə ən layiq olanınız sizlərdən insanlara ən doğru olan və əmanətə ən çox riayət edən, ən gözəl əxlaqlı davranan və insanlara ən yaxın olan kimsədir.” (Emali əs-Saduk, 411/5).

Möminlərin şəfaəti əməlləri miqdarıncadır. Bu barədə İmam Baqir (ə.s) belə buyurmuşdur: “Mömin Rəbiyə və Muzar qəbilələrinin sayı qədər şəfaət edə bilər.”

Mömin xidmətçisi haqqında belə şəfaət edər və belə deyər: Xidmətçimin mənim üzərimdə haqqı vardır. O məni istidən və soyuqdan qorumuşdur.” (Bihar, 8/38/16).

Rəsulullah (s.a.a) belə buyurmuşdur: “İmamlar Hüseynin nəsilindəndir. Hər kim onlara itaət etsə, Allaha itaət etmişdir. Hər kim onlara üsyan etsə Əziz və Cəlil olan Allaha üsyan etmişdir. Möhkəm qulp onlardır, Əziz və Cəlil olan Allaha yaxınlaşmanın vəsiləsi də onlardır.” (Uyun-u Ahbar’ir Rıza (ə.s), 2/58/217).

İmam Baqir (ə.s) belə buyurmuşdur: “İnsan öz qəbiləsi haqqında şəfaət edər. İnsan öz ailəsi haqqında şəfaət edər. İnsan əməli miqdarınca iki kimsəyə şəfaət edər və bu Məqami Mahmuddur (tərifə layiq məqamdır).” (a.g.e., s. 43/41).

Möminin ən az şəfaət miqdarı mövzusunda Rəsulullah (s.a.a) belə buyurmuşdur: “Möminlər arasında elə kəslər vardır ki Rəbiyə və Muzar qəbiləsi sayı qədər şəfaət edər.

Hər kəsdən daha az şəfaət etmə haqqına sahib olan möminlər otuz nəfər insan haqqında şəfaət edər.” (Bihar, 8/58/75).

İmam Baqir (ə.s) belə buyurmuşdur: “Hər kəsdən az şəfaət edə bilən mömin otuz nəfər insana şəfaət edər. Bu əsnada cəhənnəm əhli belə deyər: Bizlər üçün nə bir şəfaətçi vardır və nə də mərhəmətli bir dost!” (əl-Kafi, 8/101/72). (Məhəmməd Məhəmmədi Reyşəhri, Mizanu’l-Hikmət).