Əhli-Sünnət və Əhli-Beyt məktəblərinin Rəsulullahın (s.ə.v) sünnətinə və hədislərə münasibəti

Əhli-Beyt məktəbinin davamçıları Rəsulullahdan (s.ə.v) sonra dini biliklərini on iki Əhli – Beyt imamından, Əhli-Sünnətin davamçıları isə bu biliyi heç bir fərq qoymadan Rəsulullahın (s.ə.v) əshabından almışlar. Əhli-Sünnət məktəbinin davamçıları Rəsulullahın (s.ə.v) bütün əshabının ədalətli olduğunu qəbul etdiyi halda, Əhli-Beyt məktəbi isə dini bilikləri Hz. Əlinin (ə.s) düşmənlərindən hesab etdikləri ravilərdən, səhabədən, tabiin və onların tələbələrindən, yaxud digər təbəqələrdən qəbul etməyi qeyri-mümkün hesab edirlər.

Buxari, Əhli-Beyt imamlarının davamçıları barədə minlərlə mühəddisdən minlərlə hədis rəvayət etdiyi halda, Əhli-Beyt məktəbi imamlarının altıncısı olan İmam Cəfər Sadiqdən (ə.s) bir rəvayət belə söyləməmişdir. Lakin Buxari, Əbu Davud və Nəsəi öz əsərlərində xaricilərdən olan İmran ibn Hətdan barədə hədis rəvayət etmişlər. Halbuki, İmran ibn Hətdan Hz. Əlini (ə.s) öldürən qatil Abdullah ibni – Mülcəm barədə şeir diliylə görün nə deyir: “Ərşin sahibinin razılığını istəyərək  o zərbəni endirən adamı Allahın qatında, varlıqlar arasında tərəzisi ən ağır olan bir təqva sahibi hesab edəcəyəm. Daima ondan bəhs edərək, ona tərif deyəcəyəm”…

Mənbə: Prof. Heydər Baş, “İmam Əli”,  səh.46