HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbuzər Qiffari #3

Qifar qəbiləsinin müsəlman olması:

Allah Rəsulu (s.ə.v) Əbuzəri öz qəbiləsinin yanına göndərərək, onları İslam dininə dəvət etməsini istədi. Öz qəbiləsinin yanına qayıdan Əbuzər, Allah (c.c) tərəfindən göndərilən Peyğəmbərə (s.ə.v), bir olan Allah’a (c.c), gözəl əxlaqa və pis işlərdən çəkinməyə dəvət edirdi. Əvvəlcə onun anası, sonra qardaşı, sonra da qəbiləsinin yarısı müsəlman oldu. Rəsulullah’ın (s.ə.v) Mədinəyə hicrətindən sonra qəbilənin digər yarısı da İslam dinini qəbul etdi. Əsləm qəbiləsi də onların təsiri ilə müsəlman oldu. Onlar Rəsulullah’ı (s.ə.v) ziyarət etdilər. Əbuzər Bədr və Uhud dö- yüşlərindən sonra Mədinəyə Rəsulullah’ın (s.ə.v) yanına qayıtdı. Əbuzər Rəsulullah’ın (s.ə.v) səhabələri arasında Əhl-i Beyt’i ən çox sevən ikinci şəxsdir. Ölənədək Hz. Əli’dən başqasının xəlifəliyini qəbul etmədi. Əbuzər xəstələnmişdi. İmam Əli’ni özünə himayədar seçdi və bütün işlərini O’na həvalə etdi. O’nu ziyarətə gələn bir dəstə adam belə dedi: “Niyə xəlifə Osmanı özünə himayədar seçmədin?” Əbuzər dedi: “Mən haqq olan adamı özümə himayədar seçdim. Allah’a and olsun ki, Əli qəlblərə hə- yat və canlara rahatlıq verir. Əli olmasaydı siz nə yer, nə də göy əhlini tanı yardınız.” İbn-i Sələn belə deyir: “Vaxtı ilə Əbuzərdən soruşdum ki, ‘Ey Əbuzər! Bilirik ki, Rəsulullah’ın ən çox hörmət edib sevdiyi adamı, sən də hörmət edib sevirsən. O adam kimdir?’ Əbuzər belə cavab verdi: Yaxşı bilin ki, ən çox sevdiyim və hörmət etdiyim adam, məzlum olan və haqqı qəsb edilən Əli b. Əbi Talib’dir.” Əbuzər Hz. Osmanın etdiyı səhvlərə hər dəfə etiraz edirdi. Osman Beytü’l-Malı Mərvan b. Hakəmə tapşıranda Əbuzər küçələrdə və bazarlarda yüksək səslə bu ayəni oxuyurdu: “Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (Tövbə, 34). Əbuzərin bu tənqidlərini Osman qəbul edə bilmədi və nəticədə onu Şama sürgün etdi. Əbuzər Şama gələndə oranın da Mədinədən fərqlənmədiyini gördü. Muaviyə xəlifəliyə hazırlaşır və romalıların qarşısında zəif görünməmək bəhanəsiylə özünə yüzlərlə insanın ağır zəhmətilə başa gələn saraylar  tikdirirdi. Əbuzər buna göz yuma bilməzdi. Burada da Muaviyə ilə mübarizə etməyə başladı və onun səhvlərini ortaya qoyaraq söylədi: “Müsəlmanlar arasında indiyədək görmədiyim, Allah’ın Kitabı’na və Rəsulullah’ın sünnə- tinə yad olan bir çox yersiz əməllər və işlər görürəm. Bunların hökumətində haqq ayaq altında qalır, batil canlandırılır, düz danışanlar yalançı sayılır, bəzi ləyaqətsizlər müsəlmanların mallarını mənimsəyir, yaxşılar və haqlılar (hər şeydən) məhrum olurlar.” Bu sözlərin xalq arasında yayılması, Muaviyə hökuməti üçün çox təhlükəli idi. Buna görə də, Muaviyə Əbuzəri susdurmaq üçün ona üç yüz dinar yolladı. Əbuzər, onun gizli niyyətlərini çox yaxşı bildiyi üçün Muaviyənin elçisinə belə dedi: “Bu pul, Beytü’l-Maldan ayrılan illik haqqıma aiddirsə, qəbul edirəm. Yox, əgər hədiyyədirsə, onun hədiyyəsinə ehtiyacım yoxdur.” Sonra pulu geri qaytardı. Əbuzərin çıxışları xalqı Muaviyəyə qarşı qaldırırdı. O, bəzən sübh namazlarını Şam qala divarlarının qapısında qılardı və Beytü’l-Mal karvanları şəhərə girəndə belə səslənərdi: “Bu karvanlar od aparır. Dilində yax- şılığı əmr edib, pislikdən çəkindirdiyi halda, işində ona əməl etməyənlərə Allah lənət etsin!” Bəzən də Muaviyənin sarayının önündə durub, onun əleyhinə şüarlar söyləyərdi. Muaviyənin hakimlərindən olan Cəllam Qifani belə deyir: “Bir gün məruzə etmək üçün Muaviyənin yanında idim. Birdən sarayın önündən bir səs eşitdim: “Bu karvanlar od gətirirlər. Dilində yaxşılığı əmr edib, pislikdən çəkindirdiyi halda, işində ona əməl etməyənlərə Allah lənət etsin!” Bu an Muaviyənin rəngi ağardı və üzünün ifadəsi dəyişdi. O, mənə dönərək dedi: ‘Bilirsənmi bu kimdir?’ Mən, ‘xeyr’ dedim. Muaviyə “O, Cündəb b. Cünadə-i Qifaridir. O, hər gün belə edir’ dedi. Muaviyə əmr etdi ki, Əbuzəri yanına gətirsinlər. Bir müddətdən sonra Əbuzə- ri çəkə-çəkə gətirdilər. Muaviyə son dərəcə sərt bir şəkildə ona belə dedi: ‘Ey Allah’ın və Peyğəmbərin düşməni! Niyə hər gün əleyhimə danışırsan? Peyğəmbərin səhabələrini Osmandan izin almadan öldürməyə səlahiyyətim çatsaydı, səni bir gün sağ qoymazdım. Amma bu barədə xəlifəyə məlumat verib, səninlə bağlı bir tədbir görülməsini tələb edəcəm.’ Əbuzəri görməyi çox arzulayırdım. Çünkü o, mənim qəbiləmdən idi. Muaviyənin əsgərlərinin əlində dustaq olmasına baxmayaraq ona heç hörmət bəsləmirdi. O, Muaviyəyə belə dedi: ‘Mən Allah’ın və Peyğəmbərin düşməni deyiləm. Allah’ın və Peyğəmbərin düşməni sən və atan Əbu Süfyandır. Siz həqiqətən içinizdə küfrü gizləyib, üzdə müsəlman göründünüz. Neçə dəfə Peyğəmbər tərəfindən lənətləndin. İslam Peyğəmbəri sənə heç doymamağın üçün lənət etmişdir. Rəsulullah, sənin hökumətin barədə bunları söyləmişdir: ‘İslam hökuməti qarnı doymayan acgöz adamın əlinə keçsə müsəlmanlar oyanmalı və özlərini onun şərindən qorumalıdırlar.’ Bu hədis məşhur olduğu üçün, Muaviyə onu inkar edə bilmədi və belə dedi: ‘Peyğəmbər burada başqa adamı nəzərdə tutmuşdur.’ Əbuzər, ‘Xeyr, elə deyil. Bu sözdə məqsəd məhz sənsən. Mən Rəsulullah’dan səni belə lənətlədiyini eşitdim: ‘Allah’ım! Ona lənət et! Onun doymaq bilməyən gözünü torpaqla doydur!’ Əbuzər daha sonra bunları əlavə etdi: ‘Rəsulullah’ın sənin digər dünyadakı halından belə xəbər verdiyini eşitdim: “Muaviyə odda yanacaqdır.” Əbuzər bu şəkildə Muaviyəyə qarşı çıxırdı. Ancaq Muaviyə yalandan gülümsəyərək Əbuzərin nəzarətdə saxlanmasını əmr etdi.” İbn-i Batdal belə deyir: “Muaviyənin ordusu Əbuzərin sözlərindən təsirlənmiş və ona yönəlmişdi. Buna görə də Əbuzərin Şamda qalmasından çox narahat idilər.” Muaviyə Osmana məktub yazaraq Əbuzə- rin Şamda qalmasının özləri üçün bir təhlükə yaradacağını və xalqı ayağa qaldıracağını bildirdi: “Xalq Əbuzərin ətrafında toplanır. Qorxuram ki, o, xalqı sənin əleyhinə qaldırsın. Bu bölgənin xalqına ehtiyacın varsa, Əbuzəri  buradan uzaqlaşdır!” Osman ona belə cavab yazdı: “Əbuzəri zəif, çılpaq və vəhşi bir dəvəyə mindirərək, Mədinəyə doğru göndər!” Muaviyə vaxt itirmədən əmri yerinə yetirdi. Məsudi yazır: “Muaviyə onu quru ağacla qidalanan bir dəvəyə mindirdi və beş nəfərə də tapşırdı ki, onu əzabla Mədinəyə aparsınlar. Onlar dəvəni yolda çapdırdıqları üçün Əbuzər dəvənin üstündən yıxılırdı. Mədinəyə çatanda onun baldırlarının əti tökülmüş və acından ölümcül hala düşmüşdü.” Osman bir daha Əbuzəri çağırıb fikrindən döndərməyə çalışdı. Ancaq Əbuzər onu görər-görməz belə dedi: “Sən kobud davranırsan, işgəncə verirsən.” Xəlifə Əbuzəri sürgün etmək qərarına gəldiyi üçün ona belə dedi: “Mədinədən çıxmalısan!” Əbuzər, “Mən də səndən bezmişəm. Səninlə eyni şəhərdə qalmaq istəmirəm. Amma hara gedim?” dedi. Osman, “Hara istəsən gedə bilərsən” dedi. Əbuzər: “Şama qayıdım. Çünki ora Allah’ın düşmənləriylə cihad yeridir.” Osman: “Mən səni oranı qarışdırmamaq üçün bura gətirdim. Bir də ora göndərmərəm.” Əbuzər: “İraqa gedimmi?” Osman bunu qəbul etmədi. Əbuzər: “Misirə gedim.” Osman yenə, “Xeyr, olmaz!” dedi. Əbuzər: “Yaxşı, hara gedim?” Osman: “Səhraya getməlisən ki, xalq ilə əlaqən kəsilsin.” Əbuzər: “Çöldən gəlib, çölə gedim?” Osman, “Bəli” dedi. Əbuzər: “Onda, Nəcd səhrasına gedim.” Osman: “Xeyr. Mədinənin uzaq şərqindəki Rəbəzə çölünə gedəcəksən və ordan heç bir yana ayrılmayacaqsan.” Əbuzər Rəbəzə çölünün adını eşidəndə dedi: “Allahu Əkbər! Allah Rəsulu doğru demişdir. Rəsulullah əvvəldən başıma gələcək hər şeyi mənə xəbər vermişdi.” Osman: “Nə xəbər vermişdi?” Əbuzər: “Məni Məkkə və Mədinədə yaşamağa qoymayacaqlarını, nəticədə Rəbəzə çölündə öləcəyimi xəbər vermişdi.