HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Adiyy b. Hatəm-i Tai #1

Adiyy məşhur şair Hatəm b. Tainin oğludur. O, cahiliyyə və sonra İslamiyyət dövründə öz səxavəti ilə şöhrət qazanmışdır. O, hicri 10-cu ildə müsəlman oldu və Peyğəmbərin (s.ə.v) öndə gələn səhabələrindən birinə çevrildi. Hz. Əli’nin (ə.s) yaxın və səmimi dostlarından idi. İmam’a böyük bir sevgiylə bağlıydı. O, xəlifə Osman dövründəki haqsızlıqlardan narahat olur və hər fürsətdə etirazını bildirirdi. Adiyy b. Hatəm Cəməl, Siffin və Nəhrivan döyüşlərində iştirak edərək böyük qəhrəmanlıq göstərmişdir. İbn-i Məzahim belə yazır: “Siffin döyüşünün gərgin anlarında Adiyy Hz. Əli’nin (k.v) yanına gələrək belə dedi: ‘Ey Əmirə’l-möminin! Ölənədək döyüşəkmi?’ Hz. Əli (ə.s) ona belə buyurdu, ‘Yaxınlaş!’ Adiyy Hz. Əli’yə (ə.s) tam yaxınlaşanda İmam belə dedi: “Heyf! Əsgərlərimin çoxu Mənə itaət etmirlər. Ancaq Muaviyənin əsgərləri ona itaət edirlər.” Hz. Əli’nin (ə.s) hamıdan gizlətdiyi sirri ona söyləməsi onun Hz. Əli’yə (ə.s) səmimi bir dost və sirdaş olduğunu təsdiq edir. Adiyy övladlarını da Cəməl və Siffin döyüşlərində şəhid vermişdir. Onun mənsub olduğu Tai qəbiləsi Hz. Əli’yə (ə.s) yardım göndərəndə, Adiyy ayağa qalxaraq xalqa belə demişdir: “Mən Rəsulullah dövründə müsəlman oldum. O gündən bəri qəbiləmin zəkatını verirəm. Rəsulullah’ın vəfatından sonra da mükafat və savab ümidi ilə Riddə camaatıyla döyüşdüm. Məkkəlilər Sənə verdiyi səsdən imtina etmiş və rəhbərliyinə qarşı çıxmışdılar. Biz Sənin dostunuq və əmrlərinə itaət etmək üçün buraya yığışdıq.

 

  Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 233