Hz. Əli’nin (ə.s.) Əshabı – Hucr ibn Atiyy Kindi #1

Hucr Kufədən, Kində qəbiləsindən idi. Qardaşı ilə birlikdə Kufəyə gələrək İslam dinini qəbul etdi. Osman b. Affanın şəhid edilməsindən sonra mühacir və ənsarın öndə gələn şəxsiyyətləri Hz. Əli’yə (ə.s) sözsüz səs verəcəklərini bildirdilər. Şeyx Müfid Hz. Əli’yə (ə.s) beyət edənlər arasında Hucr b. Atiyin də adını çəkərək belə qeyd edir: “Bu şəxsiyyətlər hər məsələdə, döyüşdə və sülhdə İmam’a itaət edə­cəklərinə dair söz verənlər və ilk səs verənlərdir.” 

Cəməl döyüşündən əvvəl Hz. Əli (ə.s) İmam Həsən (ə.s), Abdullah b. Abbas və Məhəmməd b. Əbu Bəkri Kufəyə göndərdi və onlar­a döyüşə hazır olmalarını tapşırdı. Ancaq Kufə valisi Əbu Musa Əşari tərəfsiz qalmağı seçdi. Kufəli Hucr b. Atiyy xalqa müraciət edərək, onları İmam Əli’ni dəstəkləməyə və O’nun ordusunda döyüşməyə dəvət etdi: “Ey millət! Bu Həsən b. Əli b. Əbu Talib’dir. O’nu çox yaxşı ta­nıyırsınız. Babasının ümmətin Peyğəmbəri və atasının da Peyğəmbərin vasisi olduğunu bilirsiniz. Ey insanlar! Həsən b. Əli və qardaşı Hüseyn b. Əli’nin tayı-bərabəri yoxdur. Onlar cənnət gənclərinin ağaları və ərəblərin böyükləridir. Bu ailə, ərəblərin ən elmli və kamil insanlarıdır. İndi belə bir şəxsiyyət Həsən b. Əli atasının vəkili kimi bura­ya gəlmiş və sizi haqqa və Haqq İmam’a yardım etməyə dəvət edir. Allah’a and olsun ki, onlara yardım edən səadətə qovuşub xilas olar. Onlardan üz çevirən bədbəxt olar. Buna görə də hamımız birlikdə son gücümüzlə O’nun dəvətinə itaət edək. Allah sizə rəhmət etsin! Bu yolda əldə etdiyiniz mükafat Allah qatında yox olmaz.” Onun çıxışından sonra bütün camaat ayağa qalxıb itaət edəcəklərinə söz verdilər…

Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 267-268