Hz. Əli’nin (ə.s.) Əshabı – Hucr ibn Atiyy Kindi #4

Muqayrə hicri 51-ci ildə öldükdən sonra Ziyad b. Əbih Muaviyə tərəfindən Bəsrə və Kufə valisi təyin olundu. Ziyad vəzifəsini yerinə yetirmək üçün altı ay Bəsrədə, altı ay Kufədə qalırdı. Hucr və yoldaşları Ziyadın yoxluğundan istifadə edərək, Muaviyəyə açıq şəkildə lənət edirdilər. Bu vəziyyəti Ziyada xəbər verdilər və o, dərhal Kufəyə gələrək Hucru tapdırıb, yanına gətizdirdi.

Hucr Ziyada “Mənə can güvənliyi ver! Şama Muaviyənin yanına gedib dərdimi ona söyləyim” dedi. Ancaq Ziyad Şama göndərmə bəhanəsiylə Hucr və dostlarını həbs etdi. Vali onlara can güvənliyi təmin etdiyi üçün onları öldürə bilmirdi. Bu arada yalan və iftiralarla dolu məktubları Şama Muaviyəyə göndərmişdi. Muaviyə də bu məktubu Şamda xalqa oxudu. Hucr və yoldaşlarının ölüm əmrini imzaladı. Ziyad da Hucr və yoldaşlarını öldürmək istəyirdi. Şama getmək üçün yola çıxanda dustaqlar Əzra deyilən yerdə təkrar Muaviyənin əmriylə zindana atıldılar.

Orada Şamdan gələn məmurlar zindana girib Hucr və yoldaşlarına, “Biz Şamdan gələn məmurlarıq. Bizə əmr edildi ki, siz Əli və dostlarına lənət oxuyasınız. Belə etsəniz, azad ediləcəksiniz. Əksi təqdirdə öldürüləcəksiniz” dedi. Onlar əsla Hz. Əli’yə (ə.s) lənət oxumağı qəbul etmədilər. O zaman cəlladlar Hucr və yoldaşlarına məzarlarını qazmalarını və kəfənlərini geyinmələrini söylədilər. Hucr və yoldaşları məzarlarını qazdıqdan sonra axşamdan sübhədək ibadət, dua və yalvarış etdilər.

Sübh tezdən cəlladlar son dəfə onlardan Hz. Əli (ə.s) və övladla­rına lənət etmələrini istədilər. Ancaq Hucr və yanındakılar belə dedi: “Allah’ım! Sən şahid ol ki, biz Əmirə’l-möminin Əli’yə heç cür təhqiramiz söz söyləyə bilmərik. Biz ancaq O’nu sevərik və düşmənlərinə lənət oxuyarıq.” Bundan sonra cəlladlar onlara qorxunc işkəncə verib şəhid etdilər. Hucr və yanındakılar cəmi yeddi nəfər idilər. Bu şəkildə Hz. Əli’nin (ə.s) bir neçə il əvvəldən Hucr və yoldaşlarına verdiyi şəhadət xəbəri də gerçəkləşdi. Hz. Əli (ə.s) onlar barədə belə demişdir: “Ey Kufə xalqı! Sizin yeddi böyük şəxsiyyətiniz Əzra adlanan bir yerdə öldürüləcəklər. Onlar Uhud səhabələrinə bənzəyirlər. Hucr b. Atiyy və yoldaşları Uhud səhabələri kimidirlər. Onlar Allah’a olan iman və etiqadlarına görə öldürüləcəklər.”