HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Səlman Farisi #1

Səlman Farisi (İmam Sadiq’in (ə.s) ifadəsiylə Səlman-i Məhəmmədi) İsfahanın Cey və ya Xuzistanın Ramhər sərhədində yerləşən bölgədən olan iranlı idi.

Onun İslam’dan əvvəlki adı Mabəy idi. İran padşahlarından olan Sultan Abın nəvələrindən hesab olunurdu. Səlman heç vaxt günəşə, aya və bütlərə sitayiş etmədi. O, mömin və müsəlman idi. Bununla hər zaman qürur duyar və belə deyərdi:

“Mən İslam’ın oğlu və Hz. Adəm’in övladlarındanam.”

İmam Sadiq (ə.s) Səlman barədə verilən suala belə cavab vermişdir:

“Ona Səlman-i Farisi deməyin! Ona Səlman-i Məhəmmədi deyin!”

Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 245.