Hz. Fatimə’nin (ə.s) son günləri

Hz. Fatimə (ə.s) atası Rəsulullah’ın (s.ə.v) vəfatından sonra dərin bir matəmə bürünmüşdü. Onun həsrətindən elə çox göz yaşı tökmüşdür ki, tarixdə ən çox ağlayan beş insan arasında sayılmaqdadır. Ağlamağından narahat olan Mədinə xalqı Hz. Əli’nin (ə.s) yanına gələrək dedi: Ey Əli! Qoy Fatimə Hz. Peyğəmbərin (s.ə.v) müsibətinə ya gecə, ya da gündüz ağlasın!” Buna görə də Hz. Əli (ə.s) Mədinə sakinlərinin evlərindən uzaq olan Baqi Məzarlığında “Beytul-Əhzan” (hüzn evi) kimi tanınan bir kölgəlik düzəltdi.

  1. Bu arada Ümmü Sələmə Fatimə’nin (ə.s) yanına gedərək soruşdu: “Bu gecəni necə keçirdin, ey Rəsulullah’ın qızı?” Hz. Fatimə (ə.s) dedi: “Hüzn və kədər içində səhəri açdım. Bir yanda Nəbi’nin (s.ə.v) vəfatı, bir yanda Vasi’nin (ə.s) uğradığı zülm… Allah’a and içirəm ki, Allah’ın Kitabında endirdiyinə və Peyğəmbərin (s.ə.v) sünnətində şərh etdiyinə tərs bir şəkildə imaməti əlindən alınan kimsənin məhrəmiyyəti heçə sayıldı. Amma bunun səbəbini bilirəm. Bu, Bədrin kini və Uhudun töküntülərinin üzə çıxmasıdır.”
  2. Hz. Fatimə’nin (ə.s) Rəsulullah’a (s.ə.v) olan həsrəti o qədər çox idi ki, azan oxuyan Bilalın səsini eşidəndə atasını xatırlayaraq huşunu itirmişdi.

Bir gün Fatimə (ə.s) dedi: “Atamın müəzzini olan Bilalın səsi üçün darıxdım.” Bilal bunu eşidəndə azan oxumağa başladı. “Allahu Əkbər, Allahu Əkbər…” deyəndə, Fatimə atasını xatırlayaraq göz yaşlarına hakim ola bilmədi. Bilal: “Əşhədu ənnə Məhəmmədən Rəsulullah” deyəndə, Fatimə hıçqırıqlara boğuldu və yerə yıxılaraq huşunu itirdi. İnsanlar Bilala dedilər: “Dayan, ey Bilal, deyəsən Rəsulullah’ın qızı ruhunu tapşırdı.”

Fatimə’nin (ə.s) öldüyünü sanmışdılar. Buna görə Bilal azanı yarıda kəsdi. Fatimə (ə.s) ayılanda azana davam etməsini istədi. Lakin Bilal bunu etmədi və belə dedi: “Ey dünya qadınlarının ən üstünü! Qorxuram ki, azan oxuduğum zaman başına bir iş gələr.” Bundan sonra Fatimə (ə.s) Bilaldan bir daha azan oxumasını istəmədi.”

  1. Hz. Əli b. Əbu Talib (ə.s) Hz. Fatimə’nin (ə.s) atasından sonrakı günləri haqqında belə rəvayət edir: “Bir gün Fatimə (ə.s) atasının köynəyini məndən istədi. Köynəyi ona verəndə onu iylədi, öpdü və əldən düşənədək ağladı. Bu vəziyyəti gördükdən sonra köynəyi ondan alıb gizlətdim.”

Hz. Fatimə (ə.s) günlərini Rəsulullah’ın (s.ə.v) qəbri başında ağlayaraq keçirirdi. Həsən (ə.s) və Hüseyni (ə.s) də götürərək atasının məzarı üstünə gedər və deyərdi: “Əzizlərim! Bu, sizi kürəyinə mindirən və sevən cəddinizin qəbridir.” O sonra Baqi Qəbiristanlığına gedər və şəhidlərin qəbri üzərində Sədri-İslamın fədakar əsgərlərini xatırlayaraq göz yaşı tökərdi.”

  1. Mahmud b. Ləbid, Hz. Fatimə’nin (ə.s) Rəsulullah’dan (s.ə.v) sonrakı günləri haqqında belə yazır: “Hz. Fatimə (ə.s) atasının vəfatından sonra Həmzənin qəbrinin üstünə gedərək ağlayırdı. Bir gün Uhud şəhidlərinin məzarlığından keçərkən gördüm ki, Fatimə (ə.s) Həmzənin qəbrinin üstündə bərk ağlayır. Susanadək gözlədim. Sonra yanına gedərək salam verdim və dedim: ‘Ey Rəsulullah’ın qızı! Bu ürək parçalayan inləmələrin insanın ürəyini parça-parça edir.’ Fatimə (ə.s) dedi: ‘Mən ağlayıb sızlamayım, bəs kim ağlasın? Mən şəfqətli bir ata və peyğəmbərlərin ən üstününü itirmişəm. Rəsulullah (s.ə.v) üçün nə qədər darıxmışam, bilirsinizmi?’ Ondan soruşdum: ‘Ey Peyğəmbərin qızı! Rəsulullah sağlığında Əli’nin (ə.s) imamətini açıq elan etdimi?’ O dedi: ‘Təəccüb edirəm! Qədir-Xumda baş verənləri eşitmədinmi?’ Dedim: “Qədir-Xumu bilirəm. Bilmək istəyirəm ki, Rəsulullah sizə bu barədə nə buyurdu?” Fatimə (ə.s) dedi: “Allah’ı şahid tuturam ki, Rəsulullah mənə belə buyurdu: ‘Əli məndən sonra imam və xəlifədir. Daha sonra iki oğlum Həsən və Hüseyn, həmçinin Hüseyn’in nəslindən olan doqquz nəfər ən yaxşı imamlardır. Onlara tabe olsanız, hidayətə qovuşarsınız. Onlara qarşı çıxsanız, qiyamət gününədək daima aranızda qarşıdurma (ixtilaf) olacaqdır.”