​Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
​​Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmmə​d​, səcdəgahımdır Əli.
İ. Nəsimi