RƏSULULLAHIN (S.Ə.V) ƏHLİ-BEYTİNƏ MƏXSUS ÖZƏL XÜSUSİYYƏTLƏR

Aşağıda qeyd edilən mövzularda Cənabi-Haqq (c.c) Rəsulullahın (s.ə.v) Əhli-Beyti olan Hz. Əli (ə.s), Hz. Fatimə (s.ə), Hz. Həsən (ə.s) və Hz. Hüseynin (ə.s) adlarını Peyğəmbər (s.ə.v) ilə birlikdə zikr etmişdir:

Qurani -Kərimdə “Ali-Yasinə salam  olsun”,  yəni “Məhəmmədin (s.ə.v) Əhli-Beytinə salam olsun” buyurulur.

“Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə (s.ə.v) salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona (Rəsulullaha) salavat göndərib layiqincə salamlayın!”

Rəsulullah (s.ə.v) belə buyurdu:

“Mənə yarımçıq salam göndərməyin.”

Səhabələr soruşdu ki, “Ey Allahın Rəsulu! Yarımçıq salam necə olur?”

Hz. Rəsulullah (s.ə.v) buyurdu:

“Yarımçıq salam, “Allahummə salli əla Muhəmməd”dir. Bütöv salam isə bu cürdür: “Allahummə salli əla Muhəmməd və əla Ali-Muhəmməd”.

“Ali-Muhəmməd”də məqsəd İmam Əli (ə.s), Fatimə (s.ə), Həsən (ə.s) və Hüseyndir (ə.s)”.

Namazda “əttəhiyyətu”dən sonra oxunan Allahummə salli və barik dualarında Peyğəmbər (s.ə.v) və Əhli-Beytinə salam göndərilir.

Yenə də Quranda Allah Təala Təthir ayəsində Əhli-Beytin günahlardan təmizləndiyini bildirir: “Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”Bu ayə, ali-əba kimi tanınan beş nəfər haqqında nazil olmuşdur.

Peyğəmbərlə (s.ə.v) bərabər Əhli-Beytə də sədəqə haram edilmişdir.

“Yezid ibn Əsam belə buyurur:

Xurma yığımı başlandığı zaman bir kişi bir salxım xurmanı məscidin bir tərəfindən asardı. Fəqir bir şəxs əl ağacı ilə o salxıma vurar, yerə düşən xurmadan götürüb yeyərdi.

Bir dəfə Rəsulullah (s.ə.v) Həsən (ə.s) və ya Hüseyni (ə.s) özü ilə birlikdə məscidə gətirir. Nəvəsi yerə düşən xurmadan birini götürüb ağzına qoyanda Rəsulullah (s.ə.v) dərhal xurmanı onun ağzından çıxarır. Çünki Rəsulullah (s.ə.v) və Əhli-Beyti sədəqə yemirdi”.

Allah Təala Şura surəsi 23-cü ayədə belə buyurur: …“De: “Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm”… Yəni, Hz. Rəsulullah (s.ə.v) ilə Əhli-Beyt sevgisi bir tutulur. Birini sevən digərini də sevmiş olur.

                                                     Prof.Dr. Heydər Baş (Hz. Hüseyn səh.37-38)