Hz. Əli (ə.s)

Aləmlərin Rəbbi olan Allah’a (c.c) sonsuz həmd, O’nun son və yeganə haqq din olaraq göndərdiyi İslamın Uca Peyğəmbərinə sonsuz salat və salam olsun! İman və İslamı sinələrində yoğuraraq insanlığa təqdim edən Əhl-i Beyt’in mübarək insanlarına, onların işarət, istiqamət və sevgiləri ilə yola çıxan möminlərə də salam olsun…!
İslam quru iddialar və ya mücərrəd məfhumlar yığını deyil, əksinə yaşanan bir həyatdır. Əhl-i Beyt Quran-i Kərim’in, İslamın yaşanan halı, canlı nümunəsi, iman və İslam mədəniyyətinin mərkəzidir.
İslam dininin yaşanmış və yaşanacaq olan hər cür ucalıq, kədər və fırtınalarının bir nümunəsi “Səadət Evində” ya­şanmışdır. Uca Allah’ın Quran-i Kərim’ində “…Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər! (Əhzab, 33) – deyə müjdələyib ucaltdığı “Səadət Evində”, nü­büvvət və vəlayət nuru birləşmişdir. Yəni Əhl-i Beyt’in uca İmamı Hz. Əli’dəki (ə.s) “vəlayət nuru”, aləmlərə rəhmət Hz. Muhamməd’in (s.ə.v) “risalət nuru”nun davamı­dır. Risalət və vəlayət nurları eyni medalyonun iki üzü kimidir. Peyğəmbərlərin və risalətin şahı Hz. Muhamməd (s.ə.v), vəlayətin şahı isə Əli’yyül Murtəza’dır. Ancaq Rəsulullah’dan (s.ə.v) sonra peyğəmbər yoxdur.
Rəsulullah (s.ə.v) əbasının altına Əli’yyül Murtəza (ə.s), Fatimə’tüz-Zəhra (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseyn’i (ə.s) alaraq “Bunlar mənim Əhl-i Beyt’imdir” – deyə təqdim etmişdir. Əhl-i Beyt, Rəsulullah’dan (s.ə.v) bir parçadır. Uca Allah (c.c) aləmlərin Rəbbi, Rəsulullah (s.ə.v) isə aləmlərə rəhmət olan peyğəmbərdir. Rəsulullah (s.ə.v) elmin və hikmətin şəhəri, Hz. Əli (ə.s) isə onun qa­pısıdır. Allah’ın (c.c) qoruması və isməti altındakı Rəsulullah’ın (s.ə.v) elm şəhərinə ge­dən yolların hamısı Əli (ə.s) qapısından keçər. Haqq yollar Əli (ə.s) qapısına çıxar. Əli (ə.s) qapısı isə Rəsulullah (s.ə.v) şəhərinə açılır… Rəsulullah’ın (s.ə.v) şəhərində isə Uca Allah (c.c) vardır. Ora tövhid şəhəridir. Qiyamət sabahına qədər İslamın nuru ilə nurlanan insanın Allah’ın (c.c) lütfü, Rəsulullah’ın (s.ə.v) şəfaəti ilə Hz. Əli’dən (ə.s) bir nəsibi vardır. Yəni Peyğəmbərə (s.ə.v) açılan qapı, mütləq sürətdə Əli’dən keçər. Bir insan peyğəmbərlik yolundan feyz almış belə olsa, mütləq onun Hz. Əli’dən (ə.s) bir nəsibi vardır.
Hz. Əli (ə.s) İslamın ilk günündən son nəfəsinə qədər tövhid, iman, ibadət, hikmət, ədalət, təmkin, fədakarlıq, şücaət və cəsarət timsalı olaraq Rəsulullah’ın (s.ə.v) əkiz qardaşı kimi olmuşdur. Musa’ya görə Harun kimdirsə, Rəsulullah’a (s.ə.v) görə də Hz. Əli (ə.s) O’dur.
Şəxsən Rəsulullah (s.ə.v) Hz. Əli’nin (ə.s) “kim olduğu”nu Qiyamətə qədər gəlmiş və gələcək olan Ümmət-i Muhamməd’ə belə anladır: “Şüphəsiz ki, Əli Məndən, Mən də O’ndanam. O, Məndən son­ra hər möminin vəlisidir.”(Ahmed b. Hanbel, Müsned, IV, 437-8; Tirmizi, X, 209.) Hz. Peyğəmbər (s.ə.v) Hz. Əli’nin (ə.s) əlini qaldırdı və belə elan etdi: “Əli Məndəndir, Mən də O’ndanam. Əli Mənim vəlimdir, Mənim adıma borcumu ödəyər. Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır. Mən O’nun dostunun dostu, düşməninin düşməniyəm. Allah’ım, Əli’ni sevəni sev, düşmən olana Sən də düşmən ol. O’na yardım edənə də yardım et!”(Neseb-i Kureyş, s.281; Buhari, c.1, s.110) Bəra’a ibn-i Azib (r.a) belə rəvayət edir: «Nəbini (s.ə.v) gördüm. O, Həsən ibn Əli’ni çiyninə alaraq, “Allah’ım, Mən bunu sevirəm, bunu Sən də sev”- buyurdu.( Nesai, Hasais, Hd. No. 66, 95, 96; İbn Kesir, Bidaye, V, 212; Bezzar,
III, 188; Tirmizi, X, 221, Tuhfe; Ahmed ibn Hanbel, Müsned, IV, 164- 5 ve V, 3247)
Təsdiq edərsiniz ki, insanlıq aləmində iki yol vardır… Biri haqq və həqiqət yolu, digəri də insanlığı zülmətə sürükləyən batil cəhalət yolu! İslamın yayılmasından sonra hər dövrdə zülmət pərdə­ləri, Əhl-i Beyt dünyasını tədricən ləğv və yox etməyə çalışmışlar. Hz. Əli’nin (ə.s), Hz. Hüseyn’in və Əhl-i Beyt imamlarının on ikisindən yeddisinin şəhadəti söylədiklərimizin sübutudur. Rəsulullahın(s.ə.v) vəfatından dərhal sonra bu pak nəslə qarşı arxa çevirilmiş, ortaya çıxan acı hadisələr Hz. Əli’nin (ə.s) və Hz. Hüse­yn’in (ə.s) şəhadəti ilə nəticələnmişdir. Hz. Əli’yə birbaşa qarşı çıxa bilməyən müxaliflər atası Hz. Əbu Talibə iftiralarla həmlə edərək, vəlayət nuru­nun sahibi olan Hz. Əli’nin ilahi məqamını ləkələməyə çalışmışlar. Türk milləti hər dövrdə İslama sarılmış olsa da əsasən Ya­vuz Sultan Səlim dönəmində “səltənət təhlükəyə məruz qalacaq” deyə qorxudulmuş və şiə məzhəbi ilə edilən mücadilədə əfsuslar olsun ki, Əhl-i Beyt’ə könül verən insanlara haqsızlıq edilmişdir. Səltənət tərəfdarları Əhl-i Beyt sevgisinə bağlı olmalarına baxmayaraq bilərək və ya fərqində olmadan onlara arxa çevirmişlər. Yalnız bunun hesabı Qədər müstəvisində elə bir təcəlli ilə əks-təsir etmişdir ki, Əhl-i Beyt’ə arxa çevirən bu insanlar könüllərini Tənzimat * ilə birlikdə Qərbə tərəf çevirmiş və Əhl-i Beyt’in təlim-tərbiyəsi sadəcə unudulmuşdur. Onlar azlıq kimi tanınan Əhl-i Salib’ə könül verdiyi və onların hüquqlarını düşündü­yü ərəfədə böyük bir imperiya tənəzzülə uğrayaraq dağılmışdır. Eyni səhv­lər davam edərsə, millətimizin varlıq səbəbi olan Əhl-i Beyt’ə xidmət edil­məzsə, təlim-tərbiyə və iqtisadiyyata yardım olmazsa, qorxuram tarix yenidən təkrar olunar və varlığımızı hədələyən Qədər hesablarıyla üz-üzə gələ bilərik.
Bununla əlaqədar İmam Əli’yə dair yazdığımız əsərin, imkan əldə etdiyimiz təqdirdə açılması planlaşdırılan Əhl-i Beyt Üniversiteti üçün təməl olmasını arzu edirəm.
Hz. Əli (ə.s) Rəsulullah’ın (s.ə.v) axirətə köçməsindən sonra da hər müsəlmanın yarı və yardımçısı olmuş, özündən əvvəl xilafət məqamında olan Əbu Bəkr, Ömər b. Xəttab və Osman b. Affanın bütün işlərdə ağıl, hökm və hikmət aldıqları baş məsləhətçi olmuşdur. İslam mədəniyyət tarixində ədalətli dövlət ida­rəçiliyinin ən gözəl nümunələrinin və təşkilatlarının, hər cür daxili fitnə və çətin şərtlərə baxmayaraq Hz. Əli (ə.s) tərəfindən ortaya qoyulmuşdur.

Vəlayətin şahı İmam Əli’nin şəfaətlərini tələb edərək, həm dünya həyatımızda “birlik və dirilik” içində olmağı, həm də Rəsulullah’ın (s.ə.v) Havz-ı Kövsəri’nin başın­da hamılıqla bərabər toplanmağı Uca Allah’dan (c.c) diləyirəm.

Prof. Dr. Haydar Baş