Əhli-Beyt aləminin hədis mənbələri

Əhli-Beyt aləmi üçün hədislərin əsl mənbəyi İmam Əli’dir (ə.s). Hz. Peyğəmbər (s.ə.v) sağlığında Hz. Əli’dən (ə.s) savayı digər səhabələrə hədis yazmağı qadağan etmişdir: “Mənim barəmdə heç nə yazmayın! Mənim barəmdə Qurandan başqa bir şey yazan onu ləğv etsin!”6 Bunu Zeyd b. Sabit də təsdiq etmişdir: “Rəsulullah bizə hədis yazmağı qadağan etdi və yazdığımız hədisləri ləğv etdi.”7

Hz. Əli (ə.s) Əhli-Beyt məktəbinin ilk hədis yazan şəxsidir. İmam Məhəmməd Baqir (r.a) atasından belə rəvayət etmişdir: “Rəsulullah (s.ə.v), Əli’yə, ‘Sənə söylədiklərimi yaz!’ buyurdu. Əli, ‘Ya Rəsulallah, qorxursunuz ki unudaram?’ deyə soruşdu. Rəsulullah (s.ə.v), ‘Xeyr, unutmağından qorxmu- ram. Çünki Mən Allah’dan Sənin hafizəni gücləndirməsini və unutqan olmamağını istədim. Bunları ortaqların üçün yaz!’ buyurdu. Bununla əlaqədar Əli, ‘Ya Rəsulallah ortaqlarım kimlərdir?’- deyə soruşdu. Peyğəmbər, ‘Ortaqların Sənin övladlarından olan imamlardır. Allah onlara görə ümmətimə yağış yağdırar, dualarını qəbul edər, ümmətimi bəlalardan qoruyar və göydən rəhmət endirər’- buyurdu və Həsən’ə işarət edərək ‘Bu onların birincisidir’ dedi. Ardından Hüseyn’ə işarət edərək, ‘İmamlar bunun övladlarındandır’- buyurdu.8

Deməli, Hz. Peyğəmbər (s.ə.v) Hz. Əli’dən (ə.s) savayı digər səhabələrə hədis yazmağı qadağan etmiş və bu işi yalnız Hz. Əli’yə (ə.s) tapşırmışdır. Buna görə də Hz. Əli’nin (ə.s) yazdığı “Camiə”, “Cifr” və “Hz. Əli’nin Mushafı” kitabları şiə alimlərinin ilk hədis külliyyatı və ilk hədis mənbəyidir. Bun- lara həmçinin Hz. Fatimə’yə (ə.s) ilham yolu ilə bildirilən və

yazıya alınan “Hz. Fatimə’nin Mushafı” da əlavə edilir. Bu hədis külliyyatı bir imamdan digərinə ötürülən və sandıq içində qorunan əmanətlərdir.

“Camiə” barədə İmam Məhəmməd Baqir (ə.s) belə buyurdu: “Bizim yanımızda Əli’nin kitablarından yetmiş arşın uzunluğunda bir səhifə var. Biz bu səhifədə yazılanları izləyər və onun qoyduğu həddən kənara çıxmarıq. İmam Əli

bu səhifədə bütün elmləri, mühakimə və mirasla bağlı hər şeyi yazmışdır.”9

“Cifr” kitabı barədə İmam Cəfər Sadiq (ə.s) belə buyurdu: “Bizim yanımızda öküz dərisi üzərində kənarlarına qədər yazılmış olan “Cifr kitabı” vardır. Bu kitab keçmişdə olmuş və qiyamətə qədər olacaq hadisələr barədə məlumat verir.”10

“Hz. Əli’nin Mushafı” barəsində İmam Cəfər Sadiq (ə.s) belə deyir: “Rəsulullah Əli’yə dedi ki, ‘Ey Əli! Quran yatağımın arxasında mushafda (səhifələrdə), ipək lövhə və kağızlarda yazılmışdır. Yəhudilərin Tövrat’ı itirdikləri kimi, onları itirməyin.’ Bundan sonra Əli onları toplayaraq sarı bir örtüyün içinə qoydu.”11 Bu Mushaf Hz. Peyğəmbərin (s.ə.v) imlası, İmam Əli’nin (ə.s) xətti ilə yazılmışdır. Bu mənbədə surələrin və heç bir dəyişikliyə uğramayan ayələrin enmə səbəbləri, onların harada, nə vaxt, nə üçün, kiminlə əlaqədar enməsi və bütün incəliklər öz əksini tapmışdır.

“Hz. Fatimə’nin Mushafı” barədə Hammad b. Zeyd, İmam Cəfər Sadiq’dən (ə.s) belə nəql edir: “Allah-Təala (c.c) Peyğəmbərinin (s.ə.v) ruhunu aldığı zaman, O həzrətin vəfatı ilə əlaqədar Fatimə’ni (ə.s) çətinliyini Allah’dan (c.c) başqa kimsənin bilmədiyi bir üzüntü və kədər sardı. Buna görə Allah (c.c) O’nunla danışıb, təsəlli vermək üçün bir mələk göndərdi. Fatimə bunu Əli’yə (ə.s) bildirdi. Əli də O’ndan eşit- diklərinin hamısını yazdı. Beləliklə, Hz. Fatimə’nin ‘Mushaf’ı

ortaya çıxdı. Onda ancaq gələcək ilə əlaqədar xəbərlər vardır.”12

Beləliklə, bir sandıqda qorunan və bir imamdan digərinə ötürülən əmanətlər hələ Rəsulullah’ın (s.ə.v) sağlığında Onun Özündən eşidilərək yazılan bu hədislərdir. Şiə dünyasında hədislər birbaşa Rəsulullah’a (s.ə.v) və Hz. Əli’yə (ə.s) istinad etdiyi üçün bir rəvayət zəncirinə ehtiyac yoxdur. Hə- dislərin səhih olması (doğruluğu) məxsus olduqları mənbədən irəli gəlir. Bütün imamlar bu hədis külliyyatına istina- dən hökm vermişlər. Şiə hədis külliyyatı da imamlara verilən suallar qarşısında bu hədislərə istinadən verilən cavabları əhatə edir.

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh. 9-11