Bu gün də eyni tənqidlərlə üzləşirik

Əhli-Beyt Məktəbi və Əhli-Sünnət arasında əkilən nifaq toxumları bu gün İslam aləmini parçalamışdır.

Şiələri və Hz. Əli’yə (ə.s) inananları batil (yalan) göstərmək üçün şərqşünasların istifadə etdikləri uydurma hədislərdəki iftiralara bu gün də rast gəlirik. Şiə hədis külliyyatında bir-birinə istinad edən rəvayətçilərin olmaması bu iftiraların ən böyüyüdür. Yəni on iki imamın hər hansı birindən nəql edilən bir hədis, bir-birinə istinad edən rəvayətçilərin olmamasına görə “səhih deyildir” damğası ilə rədd olunur. Hətta bəzi həddini aşanlar şiə hədis külliyyatına “riyakar cəfəngiyyatı” söyləməkdən belə çəkinmirlər. Bu cür yanaşmalar şiə dünyasının qəbul etdiyi hədis mənbələri barədə məlumatların olmamasından irəli gəlir.

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh.8