Hz. Fatimə’nin Xilafətə dair fikirləri

Hz. Fatimə (ə.s) xilafət ilə bağlı ümmətin Rəsulullah’ın (s.ə.v) qoyduğu mirasa əməl etməməsindən bəhs edərək belə buyurmuşdur: “Əhdinizdən (Qədir Xum’dakı beyətinizdən) çox keçməmiş, başqasının dəvəsini damğaladınız (Sizin malınız olmayan xilafəti qəsb etdiniz) və onu, sizə aid olmayan bir çeşmənin başına gətirdiniz!… Heyf olsun onlara! Onu (xilafəti) risalət kökündən (əsasından), nübüvvət və dəlalət əsasından, Ruh’ul Əmin’in (Cəbrail’in) endiyi evdən, din və dünya işlərində alim olanın əlindən çıxardılar. Bilin ki, bu bö- yük və aşkar bir itkidır.”

Göründüyü kimi, həm İmam Əli (ə.s), həm də Hz. Fatimə (r.a) xilafət məsələsində Əhli-Beyt’in çox ciddi haqsızlığa məruz qaldığını bildirmişlər. Bunu heç bir şərh və izah düzəldə bilməz.

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh. 20