Hz. Əli’nin Xilafətə dair fikirləri

“Allah’a and olsun! Heç bir zaman ağlıma gəlməzdi ki, ərəb Peyğəmbərdən sonra imamət və rəhbərliyi Əhli-Beyt’dən alıb, Məni xilafətdən uzaqlaşdırsın! Camaatın beyət etmək üçün filankəsin ətrafında toplaşması Mənə pis təsir etdi. Əlimi çək- dim ta o vaxta qədər ki, bir dəstə adamın İslam’dan çıxdığını, Hz. Məhəmməd’in dinini yox etmək istədiklərini gözlərimlə gördüm. İslam və müsəlmanlara kömək etməsəm, gözüm görə-görə İslam’ın parçalanıb yox olmasından qorxdum. Bu, Mənə xəlifəlik və hakimiyyətdən məhrum olmaqdan daha böyük dərd olardı. Çünki bu, dağılan ilğım və parçalanan buludlar kimi, bir neçə gündən sonra puç olan dünya mənfəətidir. Amma Mən bu hadisələrin qarşısını aldım. Batil (bu döyüşdə) ortadan qalxıb yox oldu və din ayaqda qalaraq sağlamlaşdı.”24

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh.19-20