Qədr-i Xum xütbəsi

Hədislərə istinad olunaraq xilafət məsələsinə aydınlıq gətirilməyə cəhd olunsa məlum olar ki, Rəsulullah (s.ə.v) heç bir səhabə barədə Hz. Əli (ə.s) qədər hədis söyləməmişdir. Sadəcə Qədr-i Xum günü xütbənin altı yerində Hz. Əli (ə.s) Rəsulullah (s.ə.v) tərəfindən “xəlifə və vasi” elan edilmişdir:

“Əli b. Əbu Talib Mənim qardaşım, vasim və xəlifəmdir.” “Ey insanlar! Bu Əli’dir. O Mənim qardaşım, vasim, elmimi toplayan və ümmətim arasında iman edən kəslər üzərində xəlifəmdir.”

Məndən sonra da Əli, Allah’ın əmriylə sizin vəliniz və imamınızdır. İmamət məqamı O’ndan sonra da Allah və Rəsulu ilə görüşəcəyiniz günə (Qiyamətə) qədər, O’nun övladlarından olan Mənim nəslimin haqqıdır.”

220 sünni alim əsərlərində bu hədislərə yer vermişlər. Əlavə məlumat üçün bizim “İmam Əli” adlı əsərimizə müraciət edə bilərsiniz. Hz. Əli (ə.s) barədə 300 ayə nazil olmuşdur. Xilafətin Hz. Əli’nin (ə.s) haqqı olması bəzilərinin iddia etdiyi kimi Hz. Əbu Bəkr, Hz. Ömər və Hz. Osmanın alçaldılması demək deyildir. Bu iddia, İslam ümmətinə böyük bir fitnə salan və onu parçalayan bir yanaşmadır. Hz. Əli’nin (ə.s) xilafətini qəbul etmək digərlərini rədd etmək deyil, ayə və hədislə təsdiq olunan bir məsələni ortaya qoymaq deməkdir. Hz. Əbu Bəkr nə qədər dəyərlidirsə, Hz. Əli (ə.s) də o qədər qiymətlidir. Bu baxımdan fərq yaradan bir şərh əsla olmamışdır.

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh.21-22