İmam Əzəmin xilafətə dair fikirləri

Müaviyənin xəlifəliyi barədə İmam Əzəm Əbu Hənifə deyir: “Şamlılar bizi sevmirlər. Çünki Hz. Əli və Müaviyənin hər hansı bir cəhbəsində iştirakımız tələb ediləndə, ‘biz ancaq Əli’nin əsgərlərindən olarıq’ deyirik. Əhli-hədis kimi tanınan- lar da bizi sevmirlər. Çünki biz Əhli-Beyt’i sevir, ona könüldən bağlanır, xilafətin Hz. Əli’nin haqqı olduğuna inanır və müdafiə edirik.”22

Xilafət məsələsində İmam Əzəm, İmam Qəzali, Hz. Fatimə (ə.s) və Hz. Əli’nin (ə.s) sözləri olduğu təqdirdə, başqa birisinin sözünü dinləməyə ehtiyac qalmaz. Ayə və hədisin olduğu bir mövzuda ictihad etmək, vəhy ilə ağlın münaqişəsidir. Bu metod şərqşünaslar tərəfindən geniş istifadə olunur. Hz. Əli (ə.s) və Hz. Fatimə’nin (ə.s) sözünün qarşısına söz qoymağa heç bir alimin haqqı yoxdur. Hz. Peyğəmbər (s.ə.v), İmam Əli (ə.s) və Hz. Fa- timə’nin (ə.s) konkret ifadələri mövcud olduğu təqdirdə, İmam Rəbbaninin fərqli bir fikir ortaya qoyması tamamilə batildir.

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh.18