Şiəliyin qurucusu kimi təqdim edilən Abdullah bin Səbə əslində uydurulmuş, xəyali bir şəxsdir. Lakin ondan məqsədli şəkildə “İmam Əli’nin (ə.s) dostlarına istiqamət verən və onlara rəhbərlik edən yəhudi əsilli bir şəxs” kimi bəhs edirlər. İbni Səbənin adı İslam tarixində hicri 30-36-cı illərdə nəqillər edən bir şəxs kimi ortaya çıxır.Halbuki, hadisələrə istiqamət verdiyi söylənilən bu şəxsin adı mənbələrdə Rəsulullah’ın (s.ə.v) dövründə heç çəkilməmişdir. Onun adına ilk dəfə Hz. Osmanın şəhid olduğu və həmçinin Cəməl hadisələrinin baş verdiyi dövrdə birdən-birə rast gəlinməsi tədqiqatçıların diqqətindən qaçmamışdır. Biz onun barədə məlumatları Mürtəza Əskərinin “Abdullah b. Səbə nağılı” adlı əsərindən əldə etdik. Bütün şiə alimləri onu şiəliyin banisi kimi deyil, qeyri-real şəxs kimi qəbul edirlər. Onun haqqında hədis uyduran Seyf b. Ömər (olüm tarixi 170 və ya 193-cü il) dövrün alimləri tərəfindən hədis uyduran, hədisləri təhrif edərək dəyişdirən və buna görə yazdıqları hədislərin doğruluğuna şübhə ilə yanaşılan bir şəxs kimi tanınmışdır.
Rəsulullah’ın (s.ə.v) dövründə Abdullah b. Səbə adına təsadüf olunmaması və rəşidi xəlifələri dövründə xəbərdarlıq alması ilə bağlı məlumatın olmaması onun uydurma bir şəxs olduğunu təsdiq edir. Buna görə də onun İslam məmləkətin- də qiyam etməsi və İmam Əli’nin (ə.s) səmimi dostları olan Əbuzər Qiffari, Ammar bin Yasir, Əbdurrahman bin Udays, Malik bin Əştər kimi səhabələrin onun təsiri altında olması fikri gerçəkliyi əks etdirmir. Bu səhabələrin Səbə ilə heç bir əlaqələrinin olmamasına baxmayaraq, onların Səbailər adlandırılması bildirilir. Yəni iddiaya görə, Əbuzər Qiffari, Ammar bin Yasir, Malik bin Əştər hər biri bir Səbaidir.
Abdullah b. Səbə barədə geniş məlumat verən əsas tarixçi Təbəridir. Şərqşünaslar (Nicholson, Van Vloten, Julius Wel-lhausen, Donaldson, Əhməd Əmin, Goldziher, Caetani) onun rəvayətlərinin doğru olduğunu xüsusilə qeyd etmiş və İbni Səbə barədə məlumatları ondan əldə etmişlər. Onlar İmam Əli’nin (ə.s) xilafəti, imamların məsumiyyəti, Hz. Mehdi’nin (ə.s) zühuru, Hz. Mehdi’nin (ə.s) Hz. Fatimə’nin soyundan gələcəyi barədəki doğru etiqadi inancları Abdullah bin Səbənin fikri kimi qələmə vermiş və həm də bəzi batil inancları ona aid edərək şiəliyin yəhudilik, xristianlıq və zərdüştiliyin təsiri ilə meydana çıxdığını iddia etmişlər. Beləliklə, bu uydu- rulan şəxs İslam dünyasında real bir şəxs kimi tanıdılmışdır. Əhməd Əmin Təbəriyə istinad edərək Əbuzər Qiffari-
nin Hz. Osmana qarşı çıxmasından bəhs etdikdən sonra yazır: “Şiəlik İslama kin və düşmənçilik bəsləyən, onu yıxmaq istəyən insanların sığındığı bir məzhəb olmuşdur. Yəhudi, xristian, zərdüşti olan və öz dininin əsaslarını İslama yerit- mək istəyən hər kəs Peyğəmbərin Əhli-Beyt’inin sevgisinin arxasında gizlənərək istəklərini həyata keçirməyə çalışırlar. Beləliklə, şiələr ricət inancını yəhudilərdən mənimsədilər.” O, şiə məzhəbindəki ricət inancının, imamət və Hz. Mehdi’nin zühuru etiqadının yəhudi olduğu iddia edilən Abdullah b. Səbə vasitəsilə ortaya atıldığını söyləyir və yazır ki, “Səbə Əli tərəfdarlığı və onun haqqını tələb etmək pərdəsi altında öz əməllərini ört-basdır edərək İslamda şiəliyi qurmuşdur.”
G.Van Vloten Təbərinin “Tarix” əsərinə (səh. 80) istinad
edərək Səbailər barədə belə yazır: “Səbailər Abdullah b. Səbənin dostları və ona tabe olanlardır. O, Affan oğlu Osmanın xəlifəliyi dövründə Əlinin daha çox xilafətə layiq olduğunu bildirirdi.”
Nicholson yazır: “Sabiyyə firqəsinin qurucusu Abdullah
- Səbə yəhudi əsillidir və Hz. Osmanın dövründə müsəlman olmuşdur. O, İsa’nın dünyaya təkrar gələcəyinə inanmış vəHz. Məhəmməd’in təkrar gələcəyinə inanmayan adama təəccüb etmişdir. Çünki Quranda Hz. Məhəmməd’in də təkrar gələcəyi açıq şəkildə bildirilmişdir. Minlərcə peyğəmbərlər gəlib keçmiş və hər birinin də yerinə keçəcək vasisi (qəyyu- mu) vardır. Məhəmməd’in vasisi Əlidir.”3D.M.Donaldson yazır: “Hz. Əli’nin xilafətinin siyasi deyil, ilahi bir haqq olması ilə bağlı fikir İbn Səbəyə aiddir”4
Julius Wellhausen kitabının girişində Təbəriyə üstünlük verir və ona istinad edərək yazır: “Səbailər islamın əsas prinsiplərinə qarşı çıxırdılar. Onlar Qurana zidd olaraq Tanrının Peyğəmbərin bədəninə, Peyğəmbərin vəfatından sonra isə Əli’nin və onun soyunun bədənlərinə keçməsinə inanırdılar. Onların nəzərində Əli, Əbu Bəkr və Ömər ilə bir sayılmazdı. Müqəddəs ruhun Əli’də təcəssüm etdiyinə inanırdılar.”5
Təqdim etdiyimiz xülasələrdən belə nəticələr çıxarmaq olar:
Nə Hz. Peyğəmbər (s.ə.v), nə də İmam Əli (ə.s) Abdullah bin Səbədən bəhs etmir.
İmam Əli’nin Səlman Farisi, Əbuzər Qiffari, Əmmar b. Ya- sir, Xalid b. Səid, Burəydə b. Əsləmə, Əyyub əlƏnsari, Sad b. Ubədə kimi tərəfdarlarının Abdullah b. Səbənin məktəbinə mənsub olduğunu iddia edirlər. Halbuki, onlar ümumiyyət- lə Abdullah b. Səbənin şəxsiyyətindən və onun təlimindən bəhs etmirlər.
Abdullah b. Səbə barədə ilk rəvayət söyləyən Seyf b. Ömərin mənbəsi hicri 173-cü ildən sonraya aiddir. Halbuki, hicri 36-cı ildə yaşadığı güman edilən Abdullah b. Səbə haqqında Seyf b. Ömərdən əvvəl hədis söyləyən ravi (rəvayətçi) olmamışdır. Şərqşünaslar Təbərinin rəvayətlərinə istinad edərək Abdullah b. Səbə barədə fikir irəli sürürlər. Bu isə, bir daha Abdullah b. Səbənin tam uydurma bir şəxs olduğunu və hadisənin planlaşdırıldığını göstərir. Bu cür əsassız rəvayətləri geniş şərh edən şərqşünasların nəzəri fəaliyyəti, müsəlman aləminin birliyini pozmaq üçün hazırlanmış böyük cəsusluq planının tərkib hissəsidir. Onların əsərlərinin müsəlmanların stolüstü kitablarına çevrilməsi onların birliyinin pozulmasında böyük rol oynamışdır. Bu çox acınacaqlı haldır. “Sizə bir fasiq xəbər gətirəndə mütləq onu araşdırın” – ayəsi mövcud olduğu halda, biz bu gün fasiqlərin deyil, kafirlərin yazdığı tarixlə qılınclarımızı qınından çıxarırıq. Bu vahiməli vəziyyətdə iman əhli olan hər bir mömin məsuliyyət daşıyır. Təəssüf ki, əslində doğru rəvayətləri Abdullah b. Səbənin fikirləri kimi mənimsəyən sünni dünyası ilə güya azğınlaşmış Əhli-Beyt Məktəbi qarşı-qarşıya gətirilmişdir.
Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh. 5-8