27-sentyabr Şəhidlərin anım günüdür

44 günlük şanlı Vətən müharibəsində qazandığımız zəfər 30 illik həsrətin son nöqtəsi idi. Və əlbəttə ki, tarixi zəfərimiz Ali baş komandanımızın əmrini, şəhid və qazilərimizin icra etməsi ilə qazanıldı.

Şanlı Vətən müharibəsində heçnəyi düşünmədən torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhid qardaşlarımız haqqında, Allah (c.c) Qurani Kərimdə belə buyurur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.” (Ali-İmran surəsi 169-cu ayə).

Allah Rəsulu Hz. Muhamməd (s.ə.v) bir hədisi şərifdə belə buyurur: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”.

Şəhidlərimizə öz layiqli dəyərini xalqımız, dövlətimiz verir. Qiyamət günündə isə, Şəhidlərin olacağı yer, hədislərdən məlum olur: Bu haqda Hz. Muhamməd (s.ə.v) belə buyurur: “Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan, Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər”.

Allah (c.c) Şəhidlərimizə rəhmət eləsin, şəfaətlərindən ayırmasın !