Hz. Fatimə (s.ə.) validəmizin mövludu

Hz. Fatimə (s.ə.) validəmizin mövludu

Cənnət qadınlarının xanım-əfəndisi Allah Rəsulunun (s.ə.v.) qızı Hz. Fatimədir (s.ə).

Hz. Peyğəmbərin (s.ə.v.) soyu Ondan davam etməkdədir. Hatib-i Bağdadi, Hz.Peyğəmbərin (s.ə.v.) xanımlarından olan Aişədən belə rəvayət edir: “Mən Rəsulullaha (s.ə.v.) ‘Nə səbəbdən Fatimə hərdəfə gəldiyində Onu öpürsən?’ soruşdum. Rəsulullah cavab verdi: ‘Mən Meraca aparıldığım gecə, Hz. Cəbrayıl Məni Cənnətə apardı və orada Mənə bir alma verdi. Mən onu yedim, o Mənim sülbümdə nütfəyə çevrildi. Yer üzünə endiyimdə Xədicə ilə bir araya gəldim. Bax Fatimə həmin o nütfədən dünyaya gəldi. O, insan şəklində olan bir mələkdir. Cənnəti arzu etdiyim vaxt onu öpürəm” buyurdu.

Cənnət gülü Hz. Fatimənin (s.ə) doğumu əsnasında Cənabi-Haqq, Hz. Xədicəyə köməkçi olmaq üçün insanlıq tarixinin dörd böyük qadınını ona göndərmişdir.

“Ey Xədicə! Biz Rəbbin tərəfindən sənə göndərilmiş elçilərik. Biz sənin bacılarınıq. Mən Sara, bu da Məzahim qızı Asiyədir. O sənin Cənnətdəki yoldaşındır. Bu da İmran qızı Məryəmdir. Bu isə Musa b. İmranın bacısı Gülsümdür. Sənin doğum əsnasında çəkəcəyin çətinlikləri yüngülləşdirmək üçün Allah bizi sənə göndərdi.”

Doğulduğunda şəhadət gətirən Hz. Fatimə (s.ə), bu xanımlara adları ilə salam vermişdir.

Hz. Fatimənin ilk uşaqlıq çağı deyə biləcəyimiz illərindəki xatirələrində, atasının, anasının və qohumlarının inancları uğruna hər şeyə dözdükləri qeyd edilmişdir.

Atası Rəsulullahın yanında Ondan öyrəndiyi ilk şey, İslamın yayılması üçün bütün varlığını fəda edə biləcəyi düşüncəsi idi. Bu düşüncə atasından Ona da eynilə keçmişdir.

Atası Hz. Muhammədin (s.ə.v) vəfat etməsindən dərhal sonra çıxan xilafət mübahisələrində həyat yoldaşı Hz. Əlini heç vaxt tək buraxmamışdır. İslamın ən əhəmiyyətli müdafiəçisi olmuş və Quran və sünnə məcrasından çıxarılmaq istənilən din üzərinə oynanan oyunlara qarşı tək başına mübarizə etməyi bacarmışdır.

Hz. Fatimə (s.ə), dini gerçək mənada anlamış və həyata ən dürüst formada keçirmiş böyük bir qadındır. Ümmü Sələmə anamızdan belə bir rəvayət vardır: “Rəsulullahın qızı Fatimə, insanlar içində üz və sima olaraq Rəsulullaha ən çox bənzəyən kimsə idi. Hz. Peyğəmbər səfərə çıxdığında, ailəsindən ən son görüşdüyü kimsə Fatimə idi və səfərdən döndüyündə ilk yanına getdiyi kimsə Fatimə idi.”

İslam Peyğəmbəri, Hz. Fatimə üçün belə buyurur: “Qızım Fatimə, hər iki aləm qadınlarının xanım-əfəndisidir. Fatimə bədənimin parçasıdır. Gözlərəmin nurudur. Ürəyimin meyvəsidir. Mənim ruhum və canımdır. Fatimə, insan şəklində bir huridir.”

Allah Elçisi, Hz. Fatimənin dünyaya meylinə hər vaxt mane olmuşdur. Bir gün Hz. Peyğəmbərə halını izah edərək ev işləri üçün Ondan bir köməkçi istədi. Rəsulullah, “Ey Fatimə! Məni Haqq ilə göndərən Allaha and içirəm ki, bu an məsciddə yeməyə yeməkləri və geyəcək paltarları olmayan dörd yüz adam var. Savabın səndən alınıb, köməkçiyə getməsini istəmirəm. Qiyamət günü Əli b. Əbu-Talibin, haqqını səndən tələb edərək Allahın hüzurunda səndən şikayətçi olmasından qorxuram.” Sonra Peyğəmbər Ona təsbeh namazını öyrətdi. Bunun üzərinə Fatiməyə, Hz. Əli belə dedi: “Sən Rəsulullahdan dünya malını istəmək üçün getdin, Allah bizə axirət savabı verdi.”

Hz. Peyğəmbərə, “Ya Rəsulullah! Fatimə yalnız öz əsrininmi üstünüdür?” dediklərində belə buyurdular: “Öz əsrinin üstünü olan Məryəmdir. Qızım Fatimə gəlmiş və gələcək qadınların ən üstünüdür.”

Allah bu böyük ananın şəfaətindən ayırmasın. Prof. Dr. Heydar Baş.