İmam Həsən Əl-Əskərinin (ə.s) mövludu

Ləqəbi Əbu Muhamməd əl-Həsən b. Əli b. Muhamməd əl Hadi b. Muhamməd əl-Cavad b. Əli ər-Rza b. Musa əl-Kazım b. Cəfər əs-Sadiq b. Muhamməd əl-Baqir b. Əli Zeynəl-abidin b. əl-Hüseyn b. Əli b. Əbi Talibdir. “Əl-Əskəri” olaraq bilinər. “Əl-Əskəri” ləqəbi iqamət etdiyi yer olan Samarraya görə verilmişdir.

Bundan başqa əl-Hadi, ər-Rəfiq, əz-Zəki, ən-Naqi, İbnu’r-Rza və Əbu Muhamməd ləqəbləri də vardır. Həsən əl-Əskəri (ə.s), Mədinədə 6 Rəbiül-əvvəl 231/31 Oktyabr 845-də doğulmuşdur.

İmamiyyə qaynaqlarının əksəriyyəti Rəbiül-axır h. 232/noyabr m. 846-da doğulduğunu rəvayət etmişlər.

Həsən Əl-Əskərinin (ə.s) Samarrada doğulması  ehtimalı  olsa da, Əli b. Muhamməd əl-Hadi (ə.s), 234/848 ilinə qədər Samarrada nəzarət altında tutulduğuna görə, o tarixə qədər ailəsinin Mədinədə olduğu fərz edilsə; Həsən Əl-Əskərinin (ə.s) Mədinədə doğulması  ehtimalı güclüdür. Həsən Əl-Əskərinin (ə.s) Mədinədə doğulduğunu dəstəkləyən, Kuleyninin İshakdan rəvayət etdiyi bir xəbərdə Əbu Həmzə, “Bu uşaq Mədinədə doğulduğuna görə Türkcə, Yunanca və Farscanı necə öyrəndi?” deyə soruşmuşdur. Anası Hudis, Süvsən və ya Asfan adında bir cariyədir.

Həsən əl-Əskəri (ə.s), 2 ya da 4 yaşındaykən atası Əli b. Muhamməd əl-Hadinin (ə.s), Abbasi xəlifəsi Mütəvəkkilə sui-qəsd planı şübhəsiylə atası ilə birgə Samarraya həbs olunaraq sürgün edilmişdir. Samarrada öz evində mühafizə altında yaşamasına icazə verilmiş, daha sonra ailəsinin də Onun yanına gəlməsinə icazə verilmişdir.

İmami qaynaqlara görə, Həsən əl-Əskəri (ə.s) kiçik yaşda daşıdığı bəzi üstün xüsusiyyətləri səbəbindən İmam olaraq Allah tərəfindən təyin olunmuşdur.

Aşağıda İshakdan rəvayətlə Əbu Həmzənin başına gələn dialoqda Həsən əl-Əskərinin (ə.s) imamətinə dəlil olma xüsusiyyəti də ayrıca vurğulanmaqdadır:

“Əbu Muhamməd (ə.s) (Həsən əl-Əskəri) , Türk və Rum uşaqlarıyla onların dillərində danışırdı. Bu vəziyyətə təəccübləndim, dedim: ‘Bu uşaq Mədinədə doğulmağına  baxmayaraq Türkcəni, Yunancanı və Farscanı necə bilir?’

Əbul-Həsən, ‘Allah, qullarına dəlilini hər istiqamətdən açıqlayar. Dilləri öyrədər, insanları tanıdar; əcəlləri, hadisələri bildirər. Belə olmazsa Höccət ilə Ona tabe olanlar arasında necə fərq olar?’ deyər.”

Həsən əl-Əskəri (ə.s) ilə əlaqədar İmami qaynaqlarda bəzi qeyri-adi hadisələr izah olunur.

Bunların biri belədir: Həsən əl-Əskəri (ə.s) uşaqkən quyuya düşmüş, hadisəni görən bir qadın təlaş içində Həsən əl-Əskərinin (ə.s) atasına xəbər vermişdir. Quyunun başına gəldikləri zaman Həsən əl-Əskərinin (ə.s) suyun səthində sevinclə oynadığını görmüşlər. Çox keçmədən suyun birdən yüksəldiyinə və Həsən əl-Əskərini (ə.s) etibarlı bir şəkildə yuxarı çıxardığına şahid olmuşlar.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: “İmam Hasan El-Askeri ve İmamMehdi”, Prof. Dr. Haydar BAŞ