Abbasi xəlifəsi Mutəməd, İmam Əskərinin (ə.s) xalq arasındakı mənəvi nüfuzundan, həddindən artıq sevilməsindən davamlı narahatlıq duymaqdaydı. Bu narahatlıq səbəbiylə İmamı təzyiq altında saxlaması, həbsə atması həmişə əksinə təsir yaratmaqda idi. Sonunda Mutəməd, İmam Əskərini (ə.s) zəhərlətdi.
Məhəmməd b. Cərir b. Rüstəm, Hicri 4-cü əsrin tanınmış bilginlərindəndir. O, İmam Həsən Əskərinin (ə.s) zəhərlənməklə şəhid olduğunu yazmaqdadır.
İmamın ölüm xəbəri yayılınca Samarrada hər tərəfdən ağılar, fəryadlar yüksəldi. Alış-veriş dayandırıldı.
Haşimoğulları, divan üzvləri, ordu komandirləri, şəhər qazıları, şairlər, elm adamları, fəqihlər, ədliyyə mənsubları, şahidlər və digər bütün xalq cənazə mərasiminə qatılmaq üçün hərəkətə keçdi. O gün Samarra sanki qiyamət gününü xatırladırdı.
Cənazə dəfn edilmək üzrə hazırlanınca xəlifə, öz qardaşı İsa b. Mütəvəkkili, İmamın cənazəsinə namaz qılması üçün göndərdi. Cənazə namazı qılınsın deyə yerə qoyulduğunda İsa yaxınlaşıb İmamın üzünü açdı. Əlioğullarına, Abbasilərə, qazılara, yazarlara və şahidlərə göstərərək, “Bu Əbu Muhamməd Əskəridir, təbii ölümlə vəfat etmişdir. Xəlifənin filan və filan xidmətçiləri də buna şahid olmuşlar!” dedi.
Sonra cənazənin üzünü bağlayıb namazını qıldı və dəfn əmrini verdi.
Bu mərasimin bir protokol xatirinə, şübhələri aradan qaldırmaq üçün olduğunu söyləyən tarixçilər vardır. Daha sonra Hz. Mehdinin (ə.s.), atasının cənazəsinə xüsusi olaraq namaz qıldığı da bilinməkdədir.
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: İMAM HASAN EL-ASKERÎ VE İMAM MEHDÎ, Prof. Dr. Haydar BAŞ