İmam Muhamməd Baqirin (ə.s.) şəhadəti

Məsum İmamların beşincisi İmam Muhamməd Baqir (ə.s.) atası İmam Zeynalabidin (ə.s.) kimi zəhərlənərək şəhadətə çatmışdır.

Hicri 114-ci ildə Zilhiccənin 7-ci günü baş vermiş böyük cinayəti Hişam b. Əbdülməlik törətmişdir.

Eynilə atası İmam Zeynalabidini (ə.s.) zəhərlədiyi kimi.

Bu hadisə zamanı bəzi hallar yaşanmışdır.

Beləki İbn Ukdə, cəddindən nəql edir:

“Həzrəti Sadiq (ə.s.), atasının vəfat gecəsində onun baş ucuna gəlib dayandı. O zaman o həzrət dua etməklə məşğul idi. Əli ilə geri çəkilməsini istədi və o da geri çəkildi. Dua bitdikdən sonra belə buyurdu: “Oğulcuğum! Mən bu gecə dünyadan köçəcəm və bu gecə Həzrəti Peyğəmbərin (s.ə.v.) dünyadan köçdüyü gecədir. Və həmin gecə vəfat etdi”.

Mübarək qəbri, Mədinədə Baqi qəbiristanlığındadır.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: İMAM MUHAMMED BÂKIR. Prof.Dr. Haydar Baş