İmam Rzanın (ə.s.) mövludu

Bəzi mənbələrdə Zilqədə ayının 11-ci günü Hicri 148-ci ildə dünyaya gəldiyi yazılır.

Bəzi mənbələrdə isə, İmam Rzanın (ə.s.) Hicri 153-ci ildə, Rəbiül-Əvvəl ayının on birində, Mədinədə İmam Sadiqin (ə.s.) vəfatından beş il sonra bir cümə günü dünyaya gəldiyi qeyd edilmişdir. İkinci görüş əsas qəbul edilmişdir.

İmam Rza (ə.s) anadan olduğu zaman atası anasını, “Ey Nəcmə! Mübarək olsun sənə Rəbbinin kəraməti” deyərək təbrik etdi. Sonra uşağı bəyaz bir xirqəyə büküb qucaqlayaraq ağuşuna aldı; sağ qulağına Əzan, sol qulağına da İqamə oxudu. Fərat çayının suyundan gətirilməsini istədi. Bu suyla damağını ovdu. Sonra belə dedi: “Al onu, çünki o, Allahın, mülkündəki nümayəndəsidir”.

İmam Museyi Kazım (ə.s), oğluna babası Əmirəlmöminin Hz. Əli (ə.s.)-ın adını verdi.

İmam Rzanın (ə.s) bir çox mötəbər ləqəbi olmuşdur. Ən məşhurları bunlardır: “Ər-Riza, əs-Sabir, əz-Zəki, əl-Vafi, Siracullah (Allahın Çırağı), Kurrat-ı Aynil-Müminin (möminlərin göz aydınlığı), Məkidətul-Mulhidin (dinsizləri tələyə salan), əs-Siddiq, əl-Fadl kimi…

Ən çox tanınan künyəsi Əbül-Həsəndir. (Atası İmam Kazımın (ə.s) da künyəsi Əbül-Həsən idi. Onunla, atası İmam Kazımı (ə.s) ayırd etmək üçün atasına Əbül-Həsən əl-Mazi (əl-Əvvəl), oğluna da Əbül-Həsən əs-Sani deyilir.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: “İmam Rıza” Prof.Dr. Haydar Baş