Qədir-Xum Bayramı

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah Səni insanlardan qoruyacaq.(Maidə, 67).

Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.(Maidə, 3).

Cərir’ əsərindən belə nəql edilmişdir:

“Vida Həcci’ndə, həcc mərasimi üçün Rəsulullah (s.ə.v) ilə birlikdə idik. Geri dönəndə “Qədrir-Xum” deyilən bir yerə çatdıq. Allah Rəsulu (s.ə.v) namaz üçün toplanmağımızı əmr etdi. Bizlər (mühacirlər və ənsar) toplananda Allah Rəsulu (s.ə.v) ortamızda ayağa qalxaraq belə buyurdu:

“Ey insanlar! Nəyə şəhadət edirsiniz?” Onlar da, “Allah’dan başqa ilah olmadığına şəhadət edirik!” – dedilər. Təkrar soruşdu: “Sonra nəyə şəhadət edirsiniz?” Bu cavabı verdilər: “Muhamməd’in (s.ə.v) Allan’ın qulu və Rəsulu olduğuna.” “Bəs, sizin vəliniz kimdir?” – deyə soruşanda, “Allah və O’nun Rəsulu bizim mövlamızdır” – dedilər. Ravi deyir ki, Allah Rəsulu (s.ə.v) daha sonra Əli’nin (ə.s) çiyninə vurdu və O’nu ayağa qaldırdı. Daha sonra da biləyindən tutaraq belə buyurdu:

“Allah və Rəsulu kimin mövlası isə bu (Əli) da onun mövlasıdır. Allah’ım, O’nu sevəni sev və O’na düşmən olanın düşməni ol! Allah’ım, insanlardan kim O’nu sevərsə, Sən də O’nun sevgilisi ol və kim O’na nifrət edərsə Sən də ona nifrət et!”

İmam Əhməd b. Hanbəlin “Müsnəd” əsərində belə nəql edilir:

“Abdullah bizə atasından, o da Affandan, o da Hammad b. Sələmədən, o da Əli b. Zeyddən, o da Adiy b. Sabitdən, o da Bəra’b. Azıbdən belə nəql etmişdir:

“Biz bir yolçuluqda Rəsulullah (s.ə.v) ilə birlikdəydik. “Qədrir-Xum” deyilən yerdə dayandıq. Hamımızın toplanması üçün elan oxundu. İki ağacın altı Allah Rəsulu (s.ə.v) üçün təmizləndi. Allah Rəsulu (s.ə.v) zöhr namazını qıldıqdan sonra Əli’nin əlini tutdu və belə buyurdu:

“Məgər Mənim hər möminin öz nəfsindən daha əvla olduğumu (üzərində vəlayət və hökm haqqına sahib olduğumu) bilmirsiniz?” (Müsəlmanlar) “Bəli bilirik” – dedilər. Bundan sonra Əli’nin əlini tutduğu halda belə buyurdu:

Mən kimin mövlası isəm Əli də onun mövlasıdır. Allah’ım, onu sevəni sev, ona düşmən olana düşmən ol!” Sonra Ömər (b. Xəttab) Əli’nin qarşısına keçib O’na belə dedi: “Xoş Sənin halına ey Əbu Talib’in oğlu! Hər mömin kişi və qadının mövlası oldun!” Bu hədislərin doğru olduğunu, bütün mühəddis və tarixçilər təsdiq etmişdir.”

18 Zilhiccə Qədir-Xum bayramıdır. Bayramınız mübarək!

Mənbə; Prof. Heydər Baş – İmam Əli səh.102