Səlman Farisinin vəfatı

Səlman Farisi

Səlman Farisi (İmam Sadiq’in ifadəsiylə Səlman-i Məhəmmədi) İsfahanın Cey və ya Xuzistanın Ramhər sərhədində yerləşən bölgədən olan iranlı idi. Səlman heç vaxt günəşə, aya və bütlərə sitayiş etmədi. O, mömin və müsəlman idi. Bununla hər zaman qürur duyar və belə deyərdi: “Mən İslam’ın oğlu və Hz. Adəm’in övladlarındanam.”..

Allah Rəsulu’nun Səlmana xüsusi sevgisi vardı. Ona belə buyurmuşdur: “Səlman, biz Əhli- Beyt’dəndir.”   Səlman Hz. Peyğəmbərin (s.ə.v) vəfatından sonra ömrünün sonunadək Hz. Əli’nin (ə.s) xilafətini müdafiə etdi. O, Əbu Bəkrin xilafətinə açıq şəkildə qarşı çıxanlardan olmuşdur.

Bir gün Səlman, Peyğəmbərin yanına gəldi və Allah Rəsulu onu ehtiramla yanında oturtdu. O məclisdə olan Ömər b. Xəttab bundan narahat olaraq, “Bu əcəm kimdir ki, ərəbdən daha üstün bir yerdə oturmuşdur” dedi. Allah Rəsulu belə buyurdu: “Hz. Adəm’dən günümüzə qədər insanların hamısı bir darağın dişləri kimi eynidirlər. Ərəbin əcəmdən və ağdərilinin zəncidən təqvadan başqa heçbir üstünlüyü yoxdur. Səlman dərin dəniz və tükənməyən bir xəzinədir. Səlman biz Əhli-Beyt’dəndir. Elm, hikmət və dəlil ondan qaynaqlanar.”

İbn-i Əbi’l Hadid deyir ki, onun yaşamağa evi yox idi. Mədinəlilərin evlərinin kölgəsində oturardı. Bir gün biri ona, “Sənə yaşamaq üçün bir ev tikək” dedi. Səlman, “Mənim evə ehtiyacım yoxdur” deyə cavab verdi. Adam təkid edərək onu razı saldı. Ona genişliyi və yüksəkliyi öz boyu qədər olmaq şərtiylə bir ev tikildi. Səlmanın gündəlik yeməyi quru çörək və su idi.

Səlmanın Allah Rəsulu (s.ə.v) ilə birgə elmi yığıncaqlarda iştirak etməsi onu dövrünün loğman həkimi etmişdir.

Səlman Farisi hər fürsətdə Hz. Əli’nin (ə.s) xilafət və imamət haqqını vurğulayırdı: “Allah’a and olsun ki, Peyğəmbərin vəsiyyətinə və əhdinizə naxələf çıxdığınız hər ötən gün, sizi daha da eybəcərləşdirir. Sizi Bəni İsrail qövmünün aqibəti gözləyir. Hz. Əli’nin (ə.s) vəlayət və xilafətinə sahib çıxsanız Allaha and olsun ki, yer və göy üzünün nemət qapılarını sizlərə açar. Mən sizləri oyadıram. Bu andan etibarən, sizlərlə olan yoldaşlıq və dini qardaşlıq bağlarımı qopardıram.”

Səlmanın ən böyük fəzilətlərindən biri də, Hz. Əli’nin (ə.s) möcüzəli şəkildə Mədinədən Mədainə gələrək, Səlmanın qüsl, kəfən və dəfn işlərini yerinə yetirməsi olmuşdur.

Səlmanın dostlarından olan Zadan belə deyir: ‘Ey Səlman! Səni kim qüsl edəcək? deyə soruşdum. Səlman, ‘Rəsulullah’ı qüsl edən adam’ dedi. Zadan, ‘Söylədiyin adam İmam Əlidir. Amma O, indi Mədinədədir. Bu necə ola bilər? Min fərsahlıq (1 fərsah təqribən 5 km) yoldan gəlib səni necə qüsl edə bilər?’ deyə soruşdu. Səlman, ‘Mən öldükdən sonra çənəmi bağlayanda, O’nun ayaq səslərini eşidəcəksən. Çünki Allah’ın Rəsulu bunu mənə xəbər vermişdi’ dedi. Zadan belə deyir: “Səlman öldü və mən çənəsini bağlayıb bayıra çıxanda, Hz. Əli’nin Qəmbərlə evin önündə dəvədən endiklərini gördüm. Hz. Əli Səlmanı qüsl edib kəfənlədikdən sonra dəfn etdi.

Səlman Farisinin ölüm tarixi dəqiq deyildir. Tarixçilərdən bəziləri hicri 25, digərləri isə hicri 35-ci ildə Osmanın xilafəti dövründə vəfat etdiyini söyləyirlər.

Allah (c.c.) şəfaətlərinə nail etsin!

Mənbə: Prof. Heydər Baş,  İmam ƏLİ səh. 245