Türkiyə Cümhuriyyəti Dövlətinin Zəfər Bayramı – 30 Avqust

Zəfər Bayramı 30 avqust 1922-ci ildə Atatürkün komandanlığı ilə Dumlupınarda zəfərlə başa çatan “Böyük Hücum”un xatirəsini anmaq üçün qeyd olunan bayramıdı.

Bu əlamətdar gün Türkiyə və Şimali Kipr Türk Respublikasında hər il avqustun 30-da qeyd olunur.

“Böyük Hücum” Atatürkün komandanlığı altında keçirildiyi üçün “Baş Komandan Döyüşü” kimi də tanınırdı. “Böyük Hücum” uğurla başa çatdıqdan sonra Yunan orduları İzmirə qədər izlənildi. 9 sentyabr 1922-ci ildə isə İzmirin alınması ilə türk torpaqları yunan işğalından azad edildi.

İşğalçı qoşunlar ölkə sərhədlərini gec tərk etsə də, 30 avqust simvolik olaraq ölkə ərazisinin geri alındığı günü əks etdirir.

İlk dəfə 1924-cü ildə Afyonda “Ali Baş Komandanın Zəfəri” kimi qeyd olunan bayram, 30 avqust 1926-cı ildən Türkiyədə “Zəfər Bayramı” kimi qeyd olunur.