Varlıq aləminin yaradılış sirri. Prof. Heydər Baş

Kainatda var olan bütün canlı və cansız məxluqat Allahın (c.c) təcəllisi ilə yaranmışdır. Bu səbəblə var olan məxluqat, onları yaradan Allahı axtarış içərisindədir və bu səbəbdən varlıq aləmi daimi hərəkət halındadır. Nəticə etibarı ilə öz oxu ətrafında fırlanaraq planetlərin ətrafında dövr edən peyklər, bu peyklərlə birgə həm özü oxu ətafında, həm də ulduzlar ətrafında dövr edən planetlər; bu planetlərlə birgə həm öz oxu ətafında, həmdə digər ulduz sistemi ətrafında dövr edən “Günəş sistemləri” kimi mükəmməl bir axtarış mexanizmi yaranmışdır. Hətta ən kiçik zərrəcik kimi bildiyimiz atomun daxilində belə daha kiçik zərrəciklər mövcüddur ki, onlar da hərəkət halındadır. Yaradılanların ən mükəmməli olan “İnsan” da bu axtarışın içərisindədir…