21 Ramazan Əmirəlmöminin Hz.Əli (ə.s.) şəhadəti günüdür

    Hz.Aliturbesi

    Hz. Əlinin şəhid olduğu gecə Hz. Həsənlə arasında bir söhbət oldu. İmam Əli dan yerinin ilk işıqları hələ ağarmadan evindən çıxıb Kufə məscidinə gedərkən oğlu Həsənə hədiyyə edilmiş olan bir sürü qaz ötüşərək üzərinə doğru uçdu. İmam Əli bu qazların ötməsini böyük bir hadisənin, dağıdıcı bir müsibətin meydana geləcəyinin xəbərçisi hesab etdi. Və “la havlə və la qüvvətə illa billah! Arxasından fəryadların gələcəyi ötmələr!” dedi.
     
    İmam Əli daha sonra xurma ağacı gövdəsindən düzəldilmiş məscid qapısını açmağa yönəldi. Lakin onu açmaqda çətinlik çəkdi. Onu yerindən çıxardı. O vaxt boşalmış kəmərini bərkidərkən bu iki beyti söylədi:
     
    “İzarını (kəmərini) ölüm üçün möhkəmcə bağla
     
    Çünki ölüm səni qarşılayacaq
     
    Ölümdən qorxub kədərlənmə
     
    Vədinə çatdığı zaman.”
     
    İmam Həsən atasının bu qədər erkən vaxtda evdən çıxmasını yadırğamışdı. Ona, “Bu vaxtda çıxmanın səbəbi nədir?” deyə soruşdu.
     
    İmam Əli, “Bunun səbəbi bu gecə gördüyüm və məni dəhşətə salan bir yuxudur” dedi.
     
    İmam Həsən, “Xeyrdir, xeyr olsun, onu mənə izah et” dedi.
     
    Bunun üzərinə İmam Əli bunları söylədi: “Cəbrayılın göydən Əbu Kubeys təpəsinə endiyini gördüm. Oradan iki daş götürərək Kəbəyə doğru getdi. Kəbənin yanında o daşları bir-birinə vurdu. Vurmanın təsiri ilə daşlar toz halına gəldi. Bu tozlar elə dağıldı ki Məkkə ilə Mədinədə içinə bir parçasının girmədiyi tək bir ev belə qalmadı.”
     
    İmam Həsən, “Yaxşı, bu yuxunu necə şərh edirsən?” deyə soruşdu.
     
    İmam Əli, “Əgər yuxum doğru çıxarsa sənin atan öldürüləcək və Məkkə ilə Mədinədə məndən doğulacaq kədərin girmədiyi tək bir ev belə qalmayacaq” dedi.
     
    İmam Həsən atasının bu sözləri üzərinə dalğınlaşdı. Özündən keçdi. Ardından batıq bir səslə, “Bu hadisə nə vaxt olacaq?” deyə soruşdu.
     
    İmam Əli oğluna bu cavabı verdi: “Uca Allah, “Heç kim sabah nə qazanacağını bilə bilməz və heç kim harada öləcəyini bilə bilməz”  buyurur. Lakin sevgilim Allah Elçisi bu hadisənin Ramazan ayının son on günü içində olacağını mənə bildirdi. Məni Əbdürrəhman b. Mülcəm öldürəcək.”
     
    İmam Həsən, “Bunu bilirsənsə, öldür onu” dedi.
     
    Hz. Əli, “Cinayətdən əvvəl qisas tətbiq etmək caiz deyil. Hələ cinayət işlənmədi” dedi. Arxasından İmam Əli oğluna yatağına dönəcəyinə dair and içdirdi. İmam Həsən də zəruri olaraq bu əmrə əməl etdi.
     
    İmam Əli məscidə girdikdən sonra o böyük faciə meydana gəldi. Kufə xalqı hadisəni eşidər eşitməz məscidə qaçdı. Hz. Əlinin oğulla­rı da sürətlə hadisə yerinə qaçdılar. İmam Həsən məscidə çatanların başında gəlirdi. Atasını mehrabda yerə yıxılmış tapdı. Üzü və saqqalı qana boyanmış idi. Ətrafını qucaqlamış olan camaat ilk yardımı etməyə çalışırdı.
     
    Oğlu Həsənlə göz gözə gəldi və ona camaata namaz qıldırmasını əmr etdi. İmam Həsən namazı qıldırarkən o da yerdə oturmuş namaz qılırdı və yarasından qan axırdı.
     
    İmam Həsən namazı bitirdikdən sonra atasının başını tutaraq qucağına aldı və, “Sənə bu işi kim etdi?” deyə soruşdu.
     
    İmam Əli, “Əbdürrəhman ibni Mülcəm” deyə cavab verdi.
     
    İmam Həsən, “Hansı tərəfdən qaçdı?” deyə soruşdu.
     
    İmam Əli, “Heç kim onu axtarışa getməsin, o sizin yanınıza bu qapıdan gələcəkdir” dedi və məscidin Kində qapısına işarə etdi.
     
    Necə ki qısa bir müddət sonra camaatın İbni Mülcəmi imamın dediyi qapıdan içəri gətirdikləri görüldü. Adamı əlləri arxadan bağlı və başı açıq olaraq İmam Həsənin hüzuruna gətirdilər.
     
    İmam Həsən, “Ey lənətlənmiş! Möminlərin Əmiri, Müsəlmanların imamını niyə öldürdün? Səni qorumasının və yaxınına almağının qarşılığı bumu idi ki ona bu şəkildə cavab verdin?” dedi.
     
    O sırada İmam Əli gözlərini açdı və ona belə dedi: “Çox cani bir iş etdin, böyük bir cinayət işlədin. Mən sənə şəfqət göstərib səni başqalarının önündə tutmadımmı? Nə üçün mənə bu qarşılığı verdin?”
     
    Arxasından oğlu Həsənə dönərək qatilinə yaxşı davranmasını tövsiyə etdi və belə dedi: “Ey oğlum! Əsirinə qarşı mərhəmətli ol.”
     
    İmam Həsən, “Bu lənətlənmiş adam səni öldürüb ağrını bizə daddırdı. Sən isə ona qarşı yumşaq olmağımı əmr edirsən?” deyincə İmam Əli, “Ey oğlum! Biz rəhmət və bağışlama evinin əhliyik, ona yediyin yeməkdən yedir. İçdiyin sudan içir. Əgər mən ölsəm qisas cəzası tətbiq etmək sürətiylə onu öldür. Lakin ona əsla müslə (orqanların kəsilməsi ilə əzab vermə) etmə. Çünki mən Rəsulullahın, “qudurmuş köpəyə belə müslə etməyin” dediyini eşitdim. Əgər yaşasaydım ona necə davranacağımı bilərdim. Onu bağışlamaqda üstünlük mənə aiddir. Biz Əhli Beyt ailəsi bizə qarşı cinayət törədənlərə əfvdən və yaxşılıqdan başqa bir şey etmərik.”
     
    İmam Həsən atasına baxaraq belə dedi: “Ey ata! Səndən sonra biz kiminlə xoşbəxt olarıq, səni itirmənin əzabı bizim üçün Rəsulullahı itirmənin əzabı kimidir.”
     
    İmam Əli oğlunu qucaqlayaraq belə dedi: “Allah ürəyini səbirlə sakitləşdirsin. Məni itirmənin ağrısı miqdarın tərəfindən sənin və qardaşlarının əcrini artırsın.”
     
    İmam Həsən atasını müalicə etmələri üçün bir həkimlər qrupu yığdı. Bunların ən səlahiyyətli mütəxəssisi Usayr b. Əmr əs-Sukuni idi.
     
    Bu həkim təzə kəsilmiş bir qoyun ciyəri istədi. Bu ciyərdən çıxardığı bir damarı imamın yarasına qoydu. Sonra da damara üfləyib onu geri çıxardı. Çıxan damara beyinin ağ maddəsinin bulaşdığını gördü. Çünki imamın aldığı zərbə beyninə çatmışdı. Həkim gördükləri qarşısında diksindi və imama dönərək ümidsiz bir səslə, “Ey Əmirəlmöminin, vəsiyyətini et çünki öləcəksən” dedi.
     
    Bunları eşidən İmam Həsən atasına baxdı. Göz yaşları durmadan axırdı. “Atacığım belimi qırdın, səni bu halda görməyə necə dözə bilərəm?” dedi.
     
    İmam Əli ona doğru baxdı. Bunları söylədi: “Atan üçün bu gündən sonra kədər və üzüntü söz mövzusu deyil. Çünki bu gün baban Məhəmməd Mustafaya, böyük anan Xədicəyə və anan Fatiməyə qovuşuram. Cənnət huriləri atanı gözləyir, hər an onu müşahidə edirlər. O halda kədərlənməyinə səbəb yox oğlum, ağlama.”
     
    İmamın qanı zəhərlənmişdi. Bu səbəblə üzü saralmağa başladı. Buna baxmayaraq sakit və dinc idi. Gözlərinin içi gülümsəyirdi. Səmanın üfüqlərinə baxaraq davamlı şəkildə Allahı zikr edir, Onu təsbeh edir, Ona sığınaraq dua edir və belə deyirdi: “Allahım, səndən peyğəmbərlər və qəyyumlar ilə birlikdə olmağı və ən uca dərəcələri istəyirəm.” Az sonra huşunu itirdi. Bunu görən İmam Həsən təkrar ağlamağa başladı. Az sonra ayılan İmam Əli bunları söylədi: “Ey oğlum! Nədir bu ağlaman? Atan üçün bu gündən sonra kədər və üzüntü söz mövzusu deyil. Ey oğulcuğum! Sən zəhərlənərək öldürüləcəksən, qardaşın isə qılıncla öldürüləcək.”
     
    İmam Əli o dəqiqələrdə övladlarına gözəl əxlaqlı olmalarını tövsiyə etdi. Önlərinə uca nümunələr qoydu. Özlərinə qiymətsiz dərslər verdi. Öyüdlərini əvvəlcə Həsən və Hüseynə yönəltdi. Arxasından digər oğulları ilə bütün Müsəlmanlara səsləndi:
     
    “Sizə Allahdan qorxmanızı və dünya arxanıza düşsə belə onun arxasınca qaçmamanızı, əlinizdən gedən heç bir şeyə kədərlənməmənizi, haqq üçün danışmanızı, savab qazanmaq üçün əməl etmənizi tövsiyə edirəm. Zalıma düşmən, məzluma dəstək olun.
     
    Sizin ikinizə, bütün övladlarıma, ailəmə və bu yazımın əlinə çatdığı hər kəsə Allahdan qorxmanızı, işlərinizi düz etmənizi, aranızı düzəltmənizi tövsiyə edirəm. Çünki mən babanızın, “İnsanların arasını düzəltmək, nafilə namazdan və orucdan daha xeyirlidir!” dediyini eşitdim.
     
    Yetimlər haqqında sizə Allahı xatırladıram. Ağızlarını yeməksiz buraxmayın. Sizin varlığınız ilə məhv olmasınlar.
     
    Qonşularınız haqqında sizə Allahı xatırladıram. Çünki onların haqqını güdmək Peyğəmbərin tövsiyəsidir. Onları bizə o qədər israrla tövsiyə etdi ki onları bizə varis edəcəyini zənn etdik.
     
    Quran haqqında sizə Allahı xatırladıram. Onunla əməl etməkdə başqaları sizin önünüzə keçməsin.
     
    Namaz haqqında sizə Allahı xatırladıram. O, dininizin dirəyidir. Rəbbinizin evi haqqında sizə Allahı xatırladıram. Var olduğunuz müddətcə onu boş buraxmayın, çünki o boş buraxılsa sizdən intiqam alınar.
     
    Allah yolunda mallarınızla, bədənlərinizlə və dillərinizlə cihad etmək barəsində sizə Allahı xatırladıram.
     
    Mütləq bir-birinizlə yaxın əlaqədə olun və bir-birinizə maliyyə yardımında tapılın. Əsla bir-birinizlə çəkişməyin, yaxınlıq əlaqənizi kəsməyin.
     
    Yaxşılığı əmr edib pislikdən çəkindirməyi buraxmayın. Yoxsa aranızda pislər başa keçər də dua edərsəniz amma dualarınız qəbul edilməz.
     
    İmam Əli daha sonra ailəsinə və qohumlarına belə səsləndi:
     
    Ey Abdülmuttalib oğulları! “Möminlərin Əmiri öldürüldü, Möminlərin Əmiri öldürüldü” deyərək əsla sizi Müsəlmanların qanına girmiş görməyim. Mənə qarşılıq qatilimdən başqasını öldürməyin, gözləyin mən onun zərbəsi üzündən öldüyümdə ona zərbəsi qarşısında bir zərbə endirin. Adama müslə etməyin. Çünkü mən Peyğəmbərimizin, “Qudurmuş it belə olsa heç bir canlıya müslə etməyin” dediyini eşitdim.”
     
    İmam Əli bu son anlarında oğlu Həsənə xüsusilə dinin təməl əsaslarını güdməsini, belə tövsiyə etdi:
     
    “Ey oğlum! Sənə Allahdan qorxmağını, namazı vaxtında qılmağını, zəkatı əmr edildiyi yerlərə verməyini, dəstəmazı gözəl almanı tövsiyə edirəm. Çünki təmizlənmədən namaz qılınmaz.
     
    Yenə sənə günahları bağışlamağını, qəzəbi yenməyini, qohumlarınla yaxşı əlaqələr içində olmağını, cahillərə qarşı xoş görüşlü olmağını, dinlə əlaqədar məlumatı inkişaf etdirməyini, ələ aldığın işdə mötədil davranmağını, Qurana bağlı olmağını, qonşularınla yaxşı dolanmağını, yaxşılığı əmr edib pislikdən çəkindirməyini, çirkin davranışlardan və sözlərdən qaçınmağını tövsiyə edirəm.”
     
    Ramazanın iyirminci günü izdiham bir xalq birliyi imamın evinin qarşısında toplandı. Onu ziyarət etmək istəyirdilər. Hamısına ümumi bir icazə verildi. Hər kəs içəri girib oturdu. İmam Əli ziyarətinə gələnlərə, “Məni itirmədən əvvəl suallarınızı verin. Lakin imamınızın başına gələn fəlakəti göz qarşısında saxlayaraq suallarınızı yüngül tutun” dedi. Amma ağır yarasının verdiyi ağrını göz qarşısına alan ziyarətçiləri ona sual verməkdən çəkindilər.
     
    İmam Əli (ə.s.) bu dünyadan ayrılacağını anladığında xilafəti və imamlığı oğlu Hz. Həsənə təhvil verdi. Özündən sonra ümmətin bütün məsələlərində müraciət edəcəkləri məqam olaraq ona vəzifə verdi.
     
    Kuleyninin verdiyi məlumata görə, İmam Əli oğlu Həsənin yerini almasını vəsiyyət etdi. Bu vəsiyyətinə, Hüseyni, Məhəmməd Hənəfiyyəni, digər oğullarını, tərəfdarlarının öndə gələnlərini və Əhli Beytini şahid tutdu. Arxasından oğlu İmam Həsənə kitablarını və silahını verərək belə dedi: “Ey oğlum! Rəsulullah necə mənim Onun yerinə keçməyimi vəsiyyət edib kitablarını (məktublarını və razılaşmalarını) və silahını mənə verdi isə, mən də sənin yerimə keçməyini vəsiyyət etməyimi, kitablarımı və silahımı sənə verməmi, ayrıca ölümün yaxınlaşdığı zaman bu əmanətləri qardaşın Hüseynə verməyini mənə əmr etdi.”
     
    Ardından Hz. Həsənə bunları söylədi: “Qanın vəlisi sənsən, əgər bağışlasan bu sənə qalmış bir şey. Yox əgər onu öldürsən bir zərbənin yerinə yenə bir zərbə ilə iş bitməlidir.”
     
    Yenə Üsulu Kafidə Hz. Əlinin İmam Həsənə bu vəsiyyətləri yer almaqdadır: ” Əgər sağ qalsam qanımın sahibi mənəm. Əgər ölsəm ölüm mənim miadımdır. Əgər bağışlasam bu əfv mənim üçün yaxınlıq səbəbi, sizin üçün də gözəllikdir. Bağışlayın, xoş görün. Yoxsa Allahın sizi bağışlamasını istəmirsinizmi?” Sonra oğlu Həsənə döndü və belə dedi: “Ey oğlum! Bir zərbəyə qarşılıq bir zərbə vurmağa haqqın var. Bundan kənara çıxıb əsla günaha girmə!”
     
    Hz. Əli daha sonra ölümün şiddəti və ağrısı ilə baş-başa qaldı. Davamlı Quran oxuyur, dua və istiğfar edirdi.
     
    Son nəfəsini vermədən mübarək ağızından çıxan son kəlmə, “Çalışanlar bax bunun üçün çalışsınlar” (Saffat, 61) ayəsi oldu.
     
    İmam Həsən atasını torpağa tapşırmaq üçün hazırlıqlara başladı. Pak cəsədini yuyub hanutla qoxulandırdı. Sonra kəfənə bükdü. Gecənin sonlarına doğru İmam Həsən, atasının cənazəsini az sayda ailə fərdləri və dostları ilə birlikdə Nəcəfdə torpağa tapşırdı.
     
    İmam Həsən daha sonra kədərə boğulmuş, özünü itirmiş, kədərin təsiri altında evinə döndü.
     
    İmam Cəfəri Sadiqin ifadəsinə görə, “Əmir-əl-möminin vəfat etdiyi zaman Həsən və Hüseyn ilə birlikdə iki adam onu Kufədən çıxardılar. Kufəni sağ tərəflərinə alaraq səhraya doğru yola çıxdılar. Sonra cənazəsini əl-Ğariy deyilən yerə gətirdilər. Oraya dəfn etdilər. Qəbrinin üzərini örtərək geri döndülər.”
     
    İmam Həsən atasının torpağa verildiyi gecənin səhərində xalqa bu nitqi söylədi: “Ey insanlar! Quran bu gecə endi, İsa peyğəmbər bu gecə göyə çıxarıldı. Yuşa b. Nun bu gecə öldürüldü. Yenə bu gecə atam Əli öldü. Allaha and içərəm ki, əvvəlki və sonrakı vasilər içində atamdan əvvəl heç kim Cənnətə girə bilməz. Allah Elçisi onu bir silsilənin başında səfərə göndərdiyində Cəbrayıl sağ yanında və Mikayıl sol yanında döyüşərdi. Yeddi yüz dirhəm xaricində qızıl və gümüş pul arxada qoymadı. Bu yeddi yüz dirhəmi sədəqələrindən artırıb ailəsinə bir xidmətçi almaq üçün yığmışdı.”
     
     
    Allah şəfaətlərindən ayırmasın! Prof.Dr. Haydar Baş