Rəcəb ayınız mübarək!

    “Rəcəb, Allahu Təalanın, Şaban Mənim, Ramazan isə ümmətimin ayıdır” buyurmaqdadır, Hz. Peyğəmbər (səv)…

    Yenə Peyğəmbərimiz, “İnsanların hamısı səhv edən və günah işləyəndir. Səhv edənlərin ən xeyirlisi isə, səhvini bilib tövbə edənlərdir” deyərək bizləri xəbərdarlıq etmişlər.

    Masiva dediyimiz dünya təlaşı içində, nə üçün yaradıldığını, hansı məqsəd ilə yaşaması lazım olduğunu unudur insan.

    Halbuki “Mən insanları və cinləri ancaq mənə qulluq etsinlər deyə yaratdım” buyurur Rəbbimiz Zariyat surəsinin 56-cı ayəsində.

    İdrak etməyə başladığımız üç aylar, qulluq şüurunu xatırlayaraq yaradana yönələcəyimiz xüsusi bir amandır.

    Cənabi-Haqqın ayə ilə bəyanına görə dörd ay haram qılınmışdır. Bunlardan biri də Rəcəb ayıdır.

    Haram aylarda zülm qadağan edilmişdir.

    Fəxri Aləm Əfəndimizin dövründə bu ayda qan tökülməz, davam edən döyüşlərə ara verilərdi.

    Bu gün qan və gözyaşının əskik olmadığı İslam coğrafiyasında; Suriyadakı, Fələstindəki və digər müsəlman ölkələrindəki qardaşlarımızın Rəcəb ayının hörmətinə barışı və dinc yaşamalarını Cənabi-Haqqdan niyaz edirik.

    Hz. Peyğəmbər, Rəcəb ayına girdiyində;

    “Allahım, bizə Rəcəb və Şaban ayında bərəkət lütf et, uğurlu et. Bizi Ramazan ayına qovuşdur” deyə dua edərdi.

    Abdülqadir Qilani Həzrətlərinin “Gunyət’üt Talibin” adlı əsərində Rəcəb ayına Əsam adı verildiyi yazılıdır.

    “Əsam deyilməsinin səbəbi, Rəcəb ayının, qulların əza və səhvlərini eşitməməsindəndir. Daim yaxşılıqları eşidər.

    Allahu Təala onu sənin səhvlərindən yana kar etmişdir. Qiyamət günü sənin əleyhinə şahidlik etməz.”

    Yenə Rəcəb ayı üçün “Şəhrullah’il Əsab” deyilər.

    Allahu Təala bu ayda qullarına elə ikramlar edər, elə savablar verər ki, onları heç bir göz görməmişdir, qulaqlar duymamışdır, bir bəşərin qəlbinə onların nə olduğunu anlamaq belə gəlməmişdir.

    Rəcəb tövbə ayıdır.

    İbadət ayıdır.

    Yaxşılıqların qat-qat artırıldığı bir aydır.

    Mazini, İmam Həsən Əfəndimizdən belə rəvayət edər: “Rəcəb ayında oruc tutun. Çünki Rəcəb ayında oruc Allahu Təalanın tövbələri qəbuluna bir səbəbdir.”

    İndiki zamanda dinlərarası dialoqun və müstəşrik məntiqin təsiriylə, mübarək gün və gecələr yox sayılmaqdadır. Hz. Peyğəmbərin ortadan qaldırıldığı bir İslam qəbul olunmaqla yanaşı Ondan sonra İslamın canlı Quran nümunələri olan Əhli-Beytin adı belə xatırlanmamaqdadır.

    Aclığın, səfalətin, qəsbin, təcavüzün, intiharın, oğurluğun adiləşdiyi; ictimai çürümüşlüyün hədd mərhələdə yaşandığı bu günümüzün cəmiyyətində ən çox ehtiyacımız olan Əhli-Beytin öndərliyində yaşanacaq bir İslam sevgisidir.

    Üç ayların barışa, hüzura, Cənabi-Haqqa yaxınlaşmağa vəsilə olması ümidiylə..