Allah qatında məqbul din ancaq İslamdır!

Allah qatında məqbul din ancaq İslamdır!

Bu həqiqəti təsdiq edən ayələrdən bəziləri aşağıdakılardır:

  • De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır». (Ali İmran, 31).
  • Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.(Əraf, 3)
  • Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz. (Ənam, 155).
  • Şübhəsiz, (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir. (Ali İmran, 19).
  • Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir. (Ali İmran, 85).
  • Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. (Maidə, 3).
  • Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir. (Ali İmran, 20).

Bu məsələ ilə əlaqədar hədislər və Peyğəmbər Əfəndimizin (s.ə.v.) həyatından gətirilə biləcək örnəklər çoxdur. Belə ki,  Rəsulullahın (s.ə.v) kitab əhli hökmdarlara göndərdiyi məktublar, əhli-kitabın İslama tabe olmağının vacibliyinin sübutudur. Əgər öz dinlərində qalmaları onları xilas edəcək olsa idi, peyğəmbərimiz (s.ə.v) “İslamı qəbul edən xilas olar” buyuraraq onları İslama dəvət etməzdi.

Səhabələrin də əhli-kitabı İslama dəvət etdikləri və Hz. Muhammədin (s.ə.v) toplu çağırışlarından əlavə fərdi şəkildə əhli-kitabdan olanları İslama dəvət etdiyi dini və elmi bir həqiqətdir. Belə ki, Ənəs bin Malikdən bu dəvət örnəyi rəvayət edilməkdədir:

Hz. Muhammədə (s.ə.v) xidmət edən gənc bir Yahudi xəstələnmişdi. Peyğəmbərimiz (s.ə.v) xəstələndiyi üçün onu ziyarət etdi. Baş tərəfində oturub, “Müsəlman ol!” buyurdu. Gənc adam orada olan atasına baxdı. Atası da “Əbül Qasıma (yəni peyğəmbərə) itaət et” dedi. O da kəlimeyi şəhadət gətirərək müsəlman oldu. Peyğəmbərimiz (s.ə.v) oradan çıxdığında “Həmd olsun O Allaha ki, mənim vəsiləm ilə bir qulunu da atəşdən xilas etdi”  – deyə buyurdu.

 

                                                                                                                                                  Mənbə: Prof. Heydər Baş, “Makalat” səh. 205-206).