“Bəraət” gecəsinin namazı

Əli b. Əbu Talib belə rəvayət edir: Rəsulullah (s.ə.v.) buyurdu ki, “Şaban ayının on beşinci gecəsi olduğu zaman qalxıb o gecəni əhya edin və gündüzünü orucla keçirin. Şübhəsiz ki, Uca Allah o gecə səhər olana qədər: ‘Yoxmu bağışlanma diləyən? Onu bağışlayım! Yoxmu ruzi istəyən? Ona ruzi verim! … ‘ buyurur.” (İbn Mace, İkame, 1/444 (923)

“Şaban ayının ortası (on beşinci) gecəsi rəvayət edildiyi kimi qılınan namaz 100 rükətdir. Bu namazın hər rükətində Fatihə surəsindən sonra on dəfə İxlas Surəsi oxunur ki, cəmi 1000 edər. Bu namazın adına da ‘Salatu-l-Hayr / Xeyr Namazı’ deyilmişdir. …” (Prof. Dr. Haydar Baş, Kur’an ve Sünnet Işığında Büyük İslam İlmihali – Namaz-, s. 805-807; Gavs’ül-Azam Abdulkadir Geylani, Gunyet’üt-Talibin, s.580)

Rəsulullah (s.ə.v.) buyurdu: “Allah Təala Bərəat gecəsində … günahları bağışlayar.” (Tirmizî, Savm 39)

Rəsulullah (s.ə.v) Bəraət gecəsi ilə əlaqədar buyurub: “Cəbrayıl (ə.s) mənə gəlib belə dedi: “Bu gecə Şabanın 15-ci gecəsidir. Bu gecə Allah Təala Bəni-Kəlb qəbiləsi qoyunlarının tüklərinin sayı qədər insanları Cəhənnəmdən azad edər. Amma bu gecədə Allah aşağıdakı kimsələrə rəhmət nəzəriylə baxmaz: Ona şirk qoşanlara, müsəlmanlara qarşı kin və düşmənlik bəsləyənlərə, qohumları ilə münasibəti kəsənlərə, qürurlu və təkəbbürlülərə, ana-atasının üzünə ağ olanlara və içki içməyə davam edənlərə” . (Beyhaki, et-Tergîb ve’t-Terhib, II 471, V.162; Tirmizi, Savm,39; İbn Mace. İkame,191).