İslama beşik kimi Ərəbistanın seçilməsi #2

* Öz qövmlərinə hədsiz dərəcədə bağlı olan cahiliyyə ərəblərinin ən qüvvətli inancı, qəbiləsinə sahib çıxmaq olmuşdur. Bunu, qəbilələr arasında davam edən fasiləsiz uzun döyüşlər təsdiq edir. Beləliklə, Rəsulullaha xoş üzlə baxmayan, mübarizəsinə inanmayan Haşimoğulları qəbiləsinin, onu digər qəbilələrdən qoruduqları gün gəlib çatmışdır. Onların, Allah elçisinin gətirdiyi dinə qarşı çıxmaları, daha çox qəbilənin anlayış və inancına zidd olmasıyla əlaqədar idi. Lakin İslamı tanıyandan sonra, onları qövmlərinə bağlayan məhəbbət İslama və Hz. Peyğəmbərə yönəlmişdir. Bu güclü təslimiyyət və rabitə ilə ərəblər, dünyaya İslamı yaymaq şərəfinə nail olmuşlar.

* Adət və ənənələrə bağlılıqları, onların sarsılmaz inanclarına bənzəyirdi. Buna görə də, öz qızını ənənəyə bağlı olaraq diri-diri torpağa basdıran Ömər, İslama qovuşandan sonra eyni güclə İslama sarılmış və Hz. Ömər olmuşdur.

* Ərəblər, fitri təbiətinə görə ətraf təsirlərdən uzaq yaşamış, nəfsani güclərini istədiyi istiqamətə yönləndirmiş və çox vaxt ifratçılığa yol vermişlər. Kənar təsirlərdən məhrum olduqları üçün xarakterlərində passivlik və ehtiyatsızlığın yerini cəsarət, döyüşkənlik, cəngavərlik və nümayişkarlıq tutmuşdur. Bu onların fitri güclərinin diri qalmasına, müsəlman olduqları zaman islam yolunda mübarizəni genişləndirməyə və islamı yaşamağa təsir göstərərək, onu asanlaşdırmışdır. Tək başına şir ovuna çıxan Hz. Həmzə, cəsarət və şücaətini müsəlman olduqdan sonra islama həsr etmiş, Allah elçisini və dostlarını müdafiə etməkdən bir addım geri çəkilməmişdir.

* Ərəb yarımadası, dini təfəkkürdən uzaqlaşmamışdır. Burada, insanların fundamental şəkildə mənimsədiyi haqq və ya batil bir din fikri mövcud idi. Lakin bu din mədəniyyəti parçalanan inanclardan təşkil olunmuşdur. Yazılı mənbələri olmadığına görə, məzmunlu bir dini anlayışa malik deyildilər. Yəhudilik və xristianlığı isə qəbul etməmişdilər. Bu baxımdan Ərəb yarımadasının insanında işlənməmiş, potensial bir qabiliyyət var idi.

* Ərəb yarımadası bir çox əvvəlki peyğəmbərləri də bağrına basmışdır. Hz. Adəmdən etibarən bir çox Allah elçisi, bu bölgədən zühur etmişdir.

* Ərəb yarımadasının təbii şərtləri və sadəliyi, insanları ətraf aləmdən daha çox, daxili aləmlərə cəlb edirdi. İnsanların arayışları mənəviyyata yönəldiyi üçün, onlar adətən islama hazırlanırdılar.

Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin”, cild 1, səh. 51-52