- Qurani-Kərimdə bütün tibbi ümumiləşdirən bir ayə var: “Yeyin, için, amma israf etməyin”.
- Mədə bütün xəstəliklərin evidir, pəhriz isə ən yaxşı dərmandır.
- Hacamat (boyundan qan almaq) orqanizmi sağlamlaşdırar.
- Bığları qısaltmaq və gözəl qoxu sürtmək katib mələklərə hörmət və sünnətdir.
- Misvakdan istifadə ağız və diş sağlamlığı üçün vacibdir və ağızdan gözəl qoxu gəlməsinə səbəb
- Gülxətmi bitkisi ilə başın yuyulması çirki təmizlədiyi kimi həm də dezinfeksiya edir.
- Tütün qoxulamaq baş üçün sağlamlıq, bədən üçün şəfadır.
- Dırnaq kəsmək böyük dərdlərin qarşısını alar, ruzi gətirər.
- Qoltuqaltı tüklərinin kəsilməsi bədəndəki pis qoxunu aradan qaldırar.
- Yeməkdən əvvəl və sonra əllərinizi yuyun ki, ruziniz artsın.
- Heyva yemək zəif ürəyi gücləndirər, mədəyə gözəl qoxu verər, uşağı gözəlləşdirər, qorxağa cəsarət verər.
- Hər gün ac qarına 21 ədəd kişmiş yemək ölümdən başqa bütün xəstəliklərin qarşısını alar.
- Yeməyə duzla başlayın, duzla bitirin, bununla da 70 xəstəliyin əvvəlcədən qarşısını alın.
- Ayaqüstə sidiyə getməyin.
- Buxar vannası qəbul edərək cüzam və vittiliqo xəstəliyinin qarşısını alın və onları müalicə edin.
- Nəcəf və Kərbəla torpaqlarından az miqdarda yeyin.
- Narı tumları ilə yeyin, çünki bu, mədə – bağırsağa şəfadır.
- Nar cənnət meyvəsidir, qəlbə və ruha şəfadır.
- Əncir yeyin, çünki əncir bədəndəki tıxacları açar və qarın ağrısına dərmandır.