Allah şəhidlərimizə rəhmət eləsin

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-sı saat 11.00 radələrində dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində genişmiqyaslı hərbi təxribatlar törədib.

Dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaq, daha əlverişli mövqelərə yiyələnmək məqsədilə ərazilərimizi iri çaplı silahlardan və müxtəlif artilleriya qurğularından atəşə tutan ermənilərə qarşı, ordumuz tərəfindən dərhal adekvat tədbirlər görülüb.

20-dən çox ölüsü, 40-dan çox yaralısı olan düşmən, Vətən müharibəsində kabusu bir daha yaşayaraq geri çəkilməyə məcbur olub.

Düşmənin təxribatı ağır silahlarla həyata keçirildiyindən onlara qarşı qəhrəmanlıq göstərən mərd oğullarımız içərisində şəhidlər və yaralananlar da var. Allahdan şəhid ailələrinə səbr, yaralılarımıza şəfa diləyirik.

Şəhid olan hərbçilərin siyahısı:

– leytenant Niftəliyev Ümüd Oruc oğlu;

– gizir Cabbarov Orxan Hətəm oğlu;

– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

– əsgər Ağayev Elçin Mərifət oğlu;

– əsgər Əlizadə Elmin Samir oğlu;

– əsgər Əliyev Elçin Ramil oğlu;

– əsgər Xəlilov Murad Qalib oğlu.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!