Əhli-Beytdən (ə.s) şəfa üsulları #1

  • İmam Cəfər Sadiq (ə.s) buyurur: Əgər insanlar almanın faydasını bilsəydilər, xəstələrini  ondan başqa bir şeylə müalicə etməzdilər. Bilin ki, alma xüsusilə ürək üçün çox faydalıdır”.
  • Rəsulullah (s.a.a.) buyurur: “Heyva yeyin, çünki heyva qəlbi cilalayar”.
  • İmam Kazım (ə.s) buyurur: “Allahın Peyğəmbəri Əbu Talib oğlu Cəfərə buyurdu: “Ey Cəfər! Heyva ye ki, qəlbinə qüvvət versin, qorxağa da cəsarət versin”.
  • İmam Əli (ə.s) buyurur: “Bal hər xəstəliyin dərmanıdır və onda bir xəstəlik yoxdur. Bal bəlğəmi azaldar və qəlbi cilalayar”.
  • Sadıq (ə.s) buyurur: Boğaz ağrısına süddən daha faydalı bir şey yoxdur.
  • Balıq yemək, göz ağrısı üçün zərərlidir (göz ağrısını şiddətləndirər).
  • Əmirəlmöminin Əli (ə.s) belə buyurur: Hz. İsa (ə.s) bir şəhərdən keçərkən o şəhər xalqının üzlərinin sarı, gözlərinin ətrafının göyərmiş olduğunu gördü. O şəhərin xalqı xəstəliyin yayılmasından Hz. İsaya şikayət etdikləri zaman İsa (ə.s) onlara: – Əti yumadan bişirirsiniz – dedi. Sonra həmin xalq əti yuduqdan sonra bişirdilər və yaxşılaşdılar.
  • Bir gün Hz. Rəsulullah (s.a.a.) Əlinin (ə.s) yanına gəldi və onun hərarətinin yüksək olduğunu gördü. Bu səbəbdən ona küncüt yeməyini məsləhət gördü.
  • İmam Musa Kazım (ə) buyurur: Çuğunduru dana əti ilə bişirib yemək ala xəstəliyini (vitiliqo) sağaldar.
  • İmam Sadiq (ə) buyurur: “Ala xəstəliyinə (vitiliqo) heç bir şey İmam Hüseynin (ə) türbəti qədər faydalı deyil (İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı “turbət” adlanır). Onu yağış suyu ilə yeyin və o ala bölgəsinə çəkin”…