Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli. #2


Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,
Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli

İ. Nəsimi