Hz. Məsumənin (s.ə) vəfatı

Hz. Məsumə (s.ə), İmam Rzanın (ə.s) şəhadətindən iki il əvvəl vəfat etdi. Bu hadisə İmam (ə.s) üçün ikinci bir müsibət kimi qəbul edildi. Bacısı O’na çatmaq üçün uzun yollar qət etmiş, böyük müsibətə düçar olmuş və vəfat etmişdir. Bu vəziyyət İmam Rzanı (ə.s) dərindən yaraladı.
Hz. Fatimeyi Məsumə (s.ə) vəfat etdiyində, O’nu qüsl edib kəfənlədilər və sonra Qum şəhərində Babilan adlı məzarlığa dəfn etdilər.
Nəql olunan məlumatlara görə, Hz. Məsumənin (s.ə) pak nəşinin kimin məzara qoyacağı xüsusunda Saad ailəsi arasında ixtilaf ortaya çıxmış, lakin sonra Qədir adlı saleh bir yaşlının bu işi görməsi qərarı alınmışdır. Bu şəxsin gəlib cənazəni dəfn etməsi üçün ard-arda adam göndərildiyi zaman, anidən çölün qumluq tərəfindən üzü örtülü iki süvarinin sürətlə gəldiyi görülüb. Bu iki süvari, Hz. Məsumənin (s.ə) cənazəsinin yanına gəlib atlarından enib, cənazə namazını qıldılar. Hz. Məsumənin (s.ə) cənazəsini dəfn etdikdən sonra çıxıb getdilər. Heç kim bu iki nəfərin kim olduğunu başa düşə bilmədi.
Musa bin Həzrəc məzarın üstündə samandan kölgəlik inşa etdi, daha sonralar doqquzuncu İmam Muhamməd Tağının (ə.s) qızı Hz. Zeynəb (s.ə) Quma gələrək, bu mübarək qəbrin üzərində qübbə inşa etdirdi.

Allah (c.c) şəfaətlərindən məhrum etməsin!
Amin!

Mənbə: Prof. Dr. Haydar Baş, “Hz. Zeyneb ve Hz. Mesume” səh 315