İmam Əlinin (ə.s) şəhadəti

Muaviyə Hz. Əli’nin (ə.s) nüfuzunu sarsıtmaq üçün O’nun son gününədək hərbi təcavüzlər etdi. Hicrətin 39-cu ilində Kufə, Mədain, Ənbar, Hicaz və Yəmənə ordular göndərib Hz. Əli’nin (ə.s) tərəfdarlarına və silahlı əsgərlərinə hücum etməyi, böyük ordularıyla üzləşəndə dərhal qaçmalarını əmr etdi.(712.c.2.s.116) Hz. Əli (ə.s) bunu eşidəndə minbərə çıxdı və xalqı döyüşə çağırdı. Ancaq hər şey istədiyi kimi olmadı.

Hz. Əli (ə.s) hicrətin 40-cı ilində (b.e. 662) Muaviyə ilə bir müqavilə imzalamağa məcbur oldu. Çünki orduda birlik yaratmaq mümkün olmadığı üçün Şam səfərindən vaz keçmişdir. Bu müqaviləyə görə, döyüş dayandırılmalı, İraq Hz. Əli’yə (ə.s), Şam Muaviyəyə aid olmalı, tərəflər bir-birinə təcavüz etməməli idilər.(731.c.6.s.56) Ancaq Muaviyə müqaviləyə əməl etmədi. Hicaz və Yəməni talan etmək üçün bir ordu göndərdi.227 Ancaq xalqın cihad çağrışına laqeydliyi, Hz. Əli’yə (ə.s) istədiyi şəkildə bir ordu yaratmağa imkan vermədi.

Bu ərəfədə İmam Əli (ə.s) son günlərini yaşayırdı. Əbu Salih belə anladır: “Əli’ni gördüm. O, mushafı başının üzərinə səs çıxacaq şəkildə bərk qoydu və belə dedi: “Allah’ım, Mən onlardan bunun içindəkilərə əməl etmələrini istədim. Ancaq onlar Mənə mane oldular. Allah’ım, Mən onlardan, onlar da Məndən bezdilər. Mən onlara, onlar da Mənə nifrət etdilər. Gözəl əxlaqıma qarşı çıxdılar. Onlara Məndən daha şərlisini, Mənə də onlardan daha xeyirlisini nəsib et! Onların qəlblərini duzun suda əridiyi kimi ərit!”(682.c.3.s.144) Başqa bir mənbədə bildirilir ki, bu duadan üç gün sonra şəhid edildi. Hz. Əli (ə.s) son günlərində bu duanı təkrar edirdi: “Allah’ım! Mən onlardan, onlar da Məndən bezdi. Mən onlardan, onlar da Məndən yoruldu. Məni onlardan, onları da Məndən xilas et!” Sonra əlini saqqalına qoyub dedi: “Sizin quldurbaşınızı bunları (saqqalı) qana boyamaqdan çəkindirən nədir?”563

Hz. Həsən belə anladır: “Hz. Əli (ə.s) mənə dedi ki, ‘Rəsulullah bu gecə yuxuma gəldi. O’ndan, ‘Ya Rəsulallah, ümmətin niyə mənə əzab və düşmənlik edir?’ deyə soruşdum. Mənə, ‘Onlara bəddua et!’ buyurdu. Mən də, ‘Allah’ım Onlara Məndən daha şərlisini, Mənə də onlardan daha xeyirlisini nəsib et!’ dedim.” Hz. Həsən davam edərək deyir: “Bayıra çıxdı və bir azdan sonra vuruldu.”(787.s. 649)

Mənbələrə görə Hz. Əli (ə.s) Əbdürrəhman ibn Mülcəmi görəndə, “Məni öldürəcək adam budur” demişdir. “Bəs, niyə ona qarşı bir tədbir görmürsən?” deyə soruşanda, “O, hələ Məni öldürmədi” buyurmuşdur.(426.c.3.s.127) Halbuki, İbn-i Mülcəm üzdə Hz. Əli’yə (ə.s) böyük ehtiramla yanaşırdı. Hətta İbn Əsir İbn-i Mülcəmin Hz. Əli’ni (ə.s) tərifləyərək uzun bir şeir oxuduğunu söyləyir.(824.c.4.s.25) İbn-i Həcər isə Hz. Əli’nin (ə.s) ona belə cavab verdiyini yazır: “Mən onun yaşamağını, o isə ölməyimi istəyir. Üzdə dost görünən bu kələkbaz Muradi qövmündəndir.” O’na sui-qəsd hazırlandığını xəbər verəndə, belə deyirdi: “Allah qatından üzərimdə sağlam bir sığınacaq vardır. Vaxt gələndə bu sığınacaq pozularaq Məni tərk edər. O vaxt nə ox hədəfindən ayrılar, nə də yara sağalar.”(597.s.70)

Xaricilərdən Əbdürrəhman b. Mülcəm, Bürək b. Abdullah, Amr b. Bükəyr Məkkədə bir yığıncaq təşkil etdilər. Onlar Nəhrivan döyüşündə öldürülən yoldaşlarının intiqamını almaq üçün Hz. Əli (ə.s), Amr b. As və Muaviyəni öldürmək qərarına gəldilər. Hz. Əli’nin (ə.s) İbn Mülcəm, Muaviyənin Burək b. Abdullah, Amr. b. Asın Amr. b. Buqəy tərəfindən öldürülməsi qərara alındı. Qılınclarını zəhərləyərək hicrətin 40-cı ilinin ramazan ayında planlarını həyata keçirmək üçün bir-birindən ayrıldılar.305

İbn-i Mülcəm yoldaşlarıyla birlikdə ramazan ayının 19-da qılınclarını gizlədib məqsədlərini həyata keçirmək üçün Kufə məscidinə getdilər.(390.s.9) Hz. Əli (ə.s) hər gün sübh və axşam çağında bu məscidə gələrək camaat namazı qıldırırdı. Mənbələr bildirir ki, İmam məscidə girəndə yatanları namaza qaldırmışdır. Onların arasında yoldaşlarıyla birlikdə gecəni səhərədək gözləyən İbn-i Mülcəm də var idi. Məsciddə onlardan başqa heç kim yox idi. Hələ çıraqlar belə yandırılmamışdı. Hz. Əli (ə.s) əzan oxuduqdan sonra təsbih və təhlil oxuyaraq məscidin həyətində və içində yatanları oyandırırdı. Bu vaxt üzü üstə yatan İbn-i Mülcəmi görür və deyir: “Oyan! Namaz vaxtıdır. Üzü üstə yatma! Şeytan belə yatır. Möminlər kimi sağ yanı üstə yat! Ya da Peyğəmbərlər kimi arxası üstə yat!”(503.s.341)

Hz. Əli’nin (ə.s) oğlu Məhəmməd b. Hanəfiyyə o talehsiz gecəni belə anladır: “Hz. Əli (ə.s) öldürülən gecə namaz qılmaq üçün böyük məscidə getmişdim. Orada şəhər camaatı çox idi. Kimi rüku, kimi səcdə halında idi. Əli sübh namazı üçün bayıra çıxdı. ‘Ey insanlar! Namaz, namaz’ deyə səsləndi. Birdən bir parıltı gördüm. ‘Hökm ancaq Allah’ındır! Sənin deyil ey Əli!’ deyə, bir səs eşitdim və sonra gözümə bir, daha sonra iki qılınc göründü. Hz. Əli’nin (ə.s) səsini eşitdim: ‘O, adamı tutun!’ İnsanlar onun ətrafına yığılıb, çox keçmədən onu tutdular və Əli’nin yanına gətirdilər. Əli dedi: ‘Cana qarşı can. Ölsəm, Məni öldürdüyü kimi onu da öldürün! Yaşasam, özüm bilərəm nə edəcəm.’(730.c.6.s.62)

İbn-i Mülcəm Hz. Əli’nin (ə.s) namaza durduğu sütunun arxasında gizlənmiş, ilk səcdəsindən qalxarkən zəhərli qılıncı başına endirmişdir. Qılınc Xəndək döyüşündə Amirin vurduğu yerə dəydi və İmam’ın alnı yarıldı. Qılınc zərbəsi başına enəndə, Hz. Əli (ə.s) bu sözləri söylədi: “Kəbənin Rəbbinə and olsun ki, xilas oldum!491 Hz. Əli (ə.s) evə gətirilib, yatağına qoyuldu. Həkimlər gəldi. Onlardan ən biliklisi müayinə nəticəsində zərbənin beyinə qədər çatdığını anladı və belə dedi: “Ey Möminlərin Əmiri! Vəsiyyətini et! Çünki öləcəksən!”(427.c.3.s.1128)

Mənbə: İmam Əli, Prof. Dr. Haydar Baş