HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbuzər Qifari #1

Əbuzər Qifari

Əbuzər Qifari (əsil adı Cündəb bin Cünadə) Məkkə ilə Mədinə arasında yerləşən Qifar qəbiləsindən idi. Bütün əhalisi bütpərəst müşriklərdən ibarət olan bu qəbilə qarətçilik və quldurluqda ad çıxarmışdı.

Əbuzər gənclik dövrünü bu mühitdə keçirdi. Ancaq bir gün qoyun otarmağa çıxanda, bütünü də yanında götürmüşdü. Bütü yerə qoyub bir müddət aralandı və qayıdanda bir tülkünün bütü mundar etdiyini görüb heyrətləndi. Tülkünün əlində bütün aciz qaldığını görəndə öz-özünə dedi: “Bu necə ilahdır ki, səhradakı bir tülküdən özünü qoruya bilmir? Onda məni necə qoruyacaq?”

Bu hadisədən sonra Əbuzər bütpərəstlikdən əl çəkib, bir olan Allah’a inanmağa başladı. O, Rəsulullah’ı görməkdən üç il əvvəl namaz qılmağa başlamışdır. Vaxtı ilə ona hansı qibləyə doğru namaz qıldığını soruşanda, belə dedi: ”Allah’ın yönəltdiyi istiqamətə doğru namaz qılırdım.