HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Əbuzər Qifari #4

Hz. Əli’nin (ə.s) Əbuzəri yola salması

Xəlifə, xalqın ayağa qalxmasının qarşısını almaq üçün, Əbuzər ilə danışmağa və onu yola salmağa qadağa qoydu. Buna görə də, insanlar onu yola salmağa cəsarət etmədilər. Amma Əbuzərin sadiq dostları Hz. Əli (ə.s), Hz. Həsən (ə.s), Hz. Hüseyn (ə.s), Hz. Ammar və Hz. Əli’nin (ə.s) qardaşı Aqil xəlifənin qadağasına baxmayaraq onu yola saldılar. Hz. Həsən (ə.s) Əbuzərlə danışanda xəlifənin vəkili Mərvan onlara mane olmağa çalışdı. Bu vaxt Hz. Əli (ə.s) ilə Mərvan arasında mübahisə yarandı və Hz. Əli (ə.s) Mərvanı kənara itələyərək atını qamçıladı. Daha sonra Hz. Əli   onu yola salanlara, “əminizlə vidalaşın!” dedi.

Hz. Hüseyn’in (ə.s) (ə.s) Əbuzərə son söz ləri belə oldu:

“Əmican! Allah bu vəziyyəti dəyişdirə bilər. Allah hər gün yaradıb yox edəndir. Onlar dünyanı sevdiklərinə görə səni incitdilər və bu şəhərdə qalmağına izin vermədilər. Amma sən dinin üçün onları günahdan qorumağa çalışdın. Onların sənin çəkindirmək istədiyinə nə qədər də ehtiyacları vardır. Halbuki, sənə qadağa etdikləri şeydən sən qane oldun. Allah’dan səbr istə ki, üzülməyəsən. Allah’a sığın! Çünkü səbr dinin bir hissəsi və böyüklük əlamətidir. Amma qəm və inciklik nə günü tez keçirər, nə də ölümü uzaqlaşdırar.”

Əbuzər çox qocalmışdı. Onu yola salan Əhl-i Beyt’ə və dostlarına belə dedi:

“Ey Əhl-i Beyt! Sizi gördüm Allah Rəsulu’nu (s.ə.v) xatırladım. Mədinədə sizdən başqa heç kimim yoxdur. Varlığım Hicazda Osmanı, Şamda isə Muaviyəni narahat etdi. Osman nə Misirə, nə də Bəsrəyə getməyə izin verdi. Çünkü xalqı onun əleyhinə qaldıracağımdan qorxurdu. Məni indi elə bir yerə yollayır ki, Allah’dan başqa heç bir köməyim yoxdur. Mən Allah’dan başqa heç nə istəmirəm. Rəbbim ilə olduğum müddətdə heç nədən qorxmuram”.

Mərvan xəlifənin yanına gedərək Hz. Əli’dən şikayət etdi və Hz. Osman hirslənərək, O’na cəza verəcəyini söylədi. Hz. Əli isə belə dedi:

“Ağzına yüyən bağlanan at hirslənər. Onu, dişləriylə o qədər sıxar ki, nəticədə yorulub buraxar. Yəni onun, mənə hirslənməsi heç bir şey ifadə etməz. Sadəcə özünə ziyan edəcəkdir.”

Hz. Əli xəlifəylə üz-üzə gələndə, ona belə dedi:

“Sənin hər əmrinə, ilahi əmrə zidd olsa belə, itaət etməyə məcburuqmu?”.

Xəlifə ilə Hz. Əli (ə.s) arasında mübahisə artdı. Hz. Osman Mərvanı təhqir etdiyi üçün Hz. Əli’yə (ə.s) hədd cəzası tətbiq etmək istədi və belə dedi:

“Sən onu təhqir etdin. İndi, o da səni təhqir edəcək və atına qamçı vuracaq. Çünki sən Mərvandan artıq adam deyilsən”.

Hz. Əli bu sözlərə çox hirsləndi və belə buyurdu:

“Məni Mərvanla bir tutursan? Allah’a and olsun ki, Mən səndən də üstünəm. Anam anandan, atam atandan üstündür. Qılıncımı qınından çıxardım, sən də hazır ol!”.

Bu vaxt bir dəstə müsəlman araya girdi və onları sakitləşdirməyə çalışdı. Hz. Əli dedi:

“Mən Əbuzəri yola salmaqdan başqa heç nə etmədim”.