HZ. ƏLİ’NİN (Ə.S) ƏSHABI – Adiyy b. Hatəm-i Tai #2

Adiyy b. Hatəmin Siffin döyüşündə rolu:

Adiyy b. Hatəm Siffin döyüşündə üç oğlunu şəhid verdi. Şam ordusu Quran’ı nizələrin ucuna taxaraq, “Allah’ın Kitabı aramızda hakim olsun!” şüarlarını söyləyəndə, Adiyy, Hz. Əli’nin yanına gələrək belə dedi: “Ey Əmirə’l-möminin! Muaviyənin əsgərlərinin çoxu məğlubiyyətə uğramış və qələbəyə az qalmışdır. Çox tezliklə məqsədimizə çatarıq. Onlarla döyüşü davam etdir!” Ancaq əsgərlərin çoxu eyni fikirdə deyildir. Onlar, Hz. Əli’ni (ə.s) döyüşü dayandırmağa məcbur etdilər.