…Cabir sonra Ənəs b. Malikə dönərək belə dedi: ‘Ey Əbu Həmzə! Allah Rəsulu bu iki insan barədə mənə elə şeylər buyurdular ki, başqası barədə söyləndiyini zənn etmirəm.’ Ənəs belə dedi: “Allah Rəsulu bu iki insan barədə nə dedi?” İmam Səccad (ə.s) belə davam etdi: “Bu əsnada atam İmam Hüseyn və əmim İmam Həsən oradan ayrıldılar. Mən də Cabirin nə söyləyəcəyini eşitmək üçün yanlarında qaldım. Cabir Ənəsə belə dedi: ‘Bir vaxt məsciddə Peyğəmbərin yanında idim. Camaat dağılandan sonra Peyğəmbər Həsən və Hüseyn’i gətirməyimi əmr etdi. Mən də dərhal Həsən və Hüseyn’in yanlarına gedərək onları bağrıma basdım və Allah Rəsulu’nun yanına gətirdim. Allah Rəsulu gülümsəyərək buyurdu: ‘Ey Cabir! Bu iki əziz övladımı sevirsənmi?’ ‘Anam, atam Sənə fəda olsun ey Allah’ın Rəsulu! Mən onları çox sevirəm’ dedim. Allah Rəsulu, ‘İstəyirsənmi onların üstünlük və fəzilətlərini sənə izah edim?’ buyurdu. ‘Bəli’ dedim.
Allah Rəsulu (s.ə.v) belə buyurdu: “Uca Allah Məni yaratmaq istəyəndə, o nuru Hz. Adəm’in təmiz sülbünə yerləşdirdi və onu Hz. Nuh və Hz. Ibrahim’ə, sonra da Hz. Əbdülmüttəlib’ə ötürdü. Atam Abdullah’ın və əmim Əbu Talib’in sülbündə isə ikiyə ayırdı. Uca Allah o uzun cahilliyə illərində Məni və babalarımı bütün çirkinliklərdən qorudu. Abdullah’dan Məni yaratdı və Peyğəmbərlərin sonuncusu kimi seçdi. Əbu Talib’dən isə vasim və xəlifəm olan Əli’ni yaratdı. Bu iki təmiz mənidən Məni və Əli’ni bir araya gətirdi. Daha sonra Həsən və Hüseyn’i yaradaraq, onları Mənim tərtəmiz soyumdan etdi.”
Cabir belə nəql edir: “Ey iman edənlər! Allah’a, Rəsulu’na və sizdən olan əmr sahiblərinə itaət edin!” (Nisə, 59) ayəsi enəndə Peyğəmbərə yaxınlaşaraq, ‘Bu əmr sahibləri kimdir?’ deyə soruşdum. Allah Rəsulu belə buyurdu: ‘Ey Cabir! Onlar Mənim xəlifələrim və müsəlmanların rəhbərləridir…
Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 263-264